Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qubad İbadoğludan Neft Şirkətinə növbəti tənqid

 

“ARDNŞ böhrandan borclarını artırmaq yolu ilə çıxmaq kursu götürüb” 

 

"Xeberinfo.com":  İqtisadçı-alim Qubad İbadoğlu özünü Facebookdakı səhifəsində Azərbaycanın iqtisadi gələcəyinə dair bir status paylaşıb. Beləliklə, iqtisadçı-alim olduqca vacib bir hadisəni aşağıdakı kimi şərh edir:  
 
“Dünən “Qazprombank” ASC tərəfindən ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 420 mln. dollar kredit ayrılması haqqında qərar qəbul olunub. 10 il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən SOCAR POLYMER layihəsi üçün istifadə olunacaq. Dünya bazarındakı neftin qiymətlərinin ucuzlaşmasından dolayı gəlirləri azalacağına şübhə olmayan dövlət şirkətinin krediti hansı faiz dərəcəsi və ödəmə şərtləri ilə almasının da açıqlanması maraqlı olardı. Eyni zamanda, nədən Qazprombankın donor olaraq seçilməsi də sual doğurur. Həm ölkə daxilində və həm də xaricdə külli miqdarda investisiya öhdəliklərinə malik olan dövlət şirkətinin maliyyə vəziyyətinin sabitləşdirilməsində bu kreditin əhəmiyyətli rol oynayacağına ümidlərim elə də böyük deyildir. 2013-cü ildə ümumi mənfəəti 3 milyard 720 milyon manat olan şirkətin bu ilin sonuna hətta eyni göstərici ilə çıxa biləcəyi belə şübhəlidir. Nəzərə alsaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ARDNŞ-yə 2009-cu ildə 750 milyon manat məbləğində kredit ayırıb. İllik 3 faizlə, 2 il güzəştli dövr olmaqla 7 il müddətinə verilən bu kreditə görə ARDNŞ hazırda faizlərlə yanaşı, əsas hissə - illik 150 milyon manat üzrə ödəmələr etməlidir. Bu günkü saziş göstərdi ki, yalnız investisiyaya görə deyil, həm də cəlb edilmiş borc vəsaitlərinə görə öhdəlikləri ildən-ilə artan şirkət neftin ucuzlaşan qiymətindən qaynaqlanan böhrandan borclarını artırmaq yolu ilə çıxmaq kursu götürüb.
Bir məqamı da qeyd edim ki, hazırda Rusiyadakı mövcud iqtisadi vəziyyət Qazprombank kimi maliyyə-bank institutlarına vəsaitlərini idarəetmə və yerləşdirmə sahəsində risklər yaradır. Ona görə də onlar riski az olan SOCAR kimi arxasında dövlət duran şirkətlərə həvəslə kredit ayırır”.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam