Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“PAŞA”, “Gilan” və “Azərsun” “SOCAR”dan səhm alır

 

Azərbaycanın üç aparıcı holdinqi “SOCAR-Polymer”də səhm alır
"Xeberinfo.com":  Məlumata görə, bunu “SOCAR-Polymer” MMC-nin baş direktorun müavini Emil Eminov bildirib.
E. Eminovun sözlərinə görə, “SOCAR-Polymer”in əsas səhmdarı SOCAR-dır.
“Bundan başqa, layihəyə ölkənin 3 əsas holdinqi – “PASHA Holding”, “Gilan Holding” və “Azersun Holding” də cəlb olunacaq. Layihənin 40% kapitalını bu şirkətlər ödəyəcək”, – deyə baş direktorun müavini qeyd edib.
Qeyd edək ki, Bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya işgüzar görüşü zamanı İtaliyanın “Maire Technimont” Mühəndislik Şirkətlər Qrupu və Azərbaycanın “SOCAR-Polymer” arasında dəyəri 350 mln. avro olan Sumqayıt Polipropilen zavodunun inşası layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində mühəndislik, təchizat, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur.
İllik gücü 180 min ton təşkil edəcək polipropilen zavodu mövcud naftanın krekinqi nəticəsində alınan propilenin xammal kimi istifadə edilməsinə imkan verəcək. Azərbaycanın ilk propilen zavodu olacaq bu müəssisənin Sumqayıt Kimya Sənaye Parkında tikilməsi planlaşdırılır.
Polipropilen-qablaşdırma, tekstil, dəftərxana ləvazimatı, avtomobil komponentləri, elektron və elektrik texnikası və digər məqsədlər üçün istifadə olunan əsas məhsuldur.
Hazırda Azərbaycan polipropilen və yüksək sıxlıqlı polietileni xaricdən idxal edir.
“SOCAR-Polymer” layihəsinin həyata keçirilməsi bu vacib məhsulun ölkəmizdə istehsal olunmasına imkan yaradacaq.

2018-DƏ İŞƏ DÜŞƏCƏK

“SOCAR-Polymer” MMC-nin baş direktorun müavini Emil Eminov bildirib ki, müqavilənin şərtlərinə görə, 2017-ci ilin sonuna polipropilen zavodu tam hazır olmalıdır. 2018-ci ilin sonuna isə polietilen zavodunun inşası başa çatacaq.
O bildirib ki, layihənin maliyyələşdirilməsində heç bir problem olmayacaq və layihə vaxtında icra olunacaq: “Layihədə istehsal olunacaq məhsulların 30%-i yerli bazara çıxarılacaq. Qalan 70% isə “SOCAR-Trading” vasitəsi ilə dünya bazarlarına ixrac olunacaq”.

RUSLARDAN 420 MİLYON DOLLAR BORC ALIB

Baş direktorun müavini əlavə edib ki, “SOCAR-Polymer” bu layihələrə yönəldəcəyi vəsaiti ötən ilin sonunda Rusiyanın “Qazprombank”ından alıb. Xatırladaq ki, ötən ilin dekabr ayında SOCAR “Qazprombank”dan 420 mln. dolların cəlb edilməsi ilə bağlı müqavilə imzalayıb.
“SOCAR Polymer” MMC 16 iyul 2013-cü ildə yaradılmışdır. 23 sentyabr 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir. /Apa


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam