Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

BP Azərbaycanda kəşfiyyat aparır

 

Dünyanın neft-qaz nəhəngləri yerin üstü və altı, o cümlədən dənizlərin dibi ilə kifayətlənməyib səmaları da “zəbt” edir.

"Xeberinfo.com": Məlumata görə, “Exploration Global” internet jurnalı transmilli neft-qaz şirkətlərinin pilotsuz uçan aparatlardan ibarət donanmaya malik olduqlarını yazıb.

 

 

Bu ilin əvvəllərində BP ABŞ-da pilotsuz uçan aparatlardan-dronlardan kommersiya məqsədli istifadə üçün lisenziya alıb.

İlk dəfədir ki, ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi pilotsuz kəşfiyyat təyyarələrindən kommersiya məqsödi ilə istifadəyə icazə verib, bu da pilotsuz uçan aparatların və robotların kommersiyada istifadəsi üçün geniş imkanlar vəd edən qapıları açır.

Jurnal yazıb ki, BP müxtəlif formalı pilotsuz uçan aparatları sınaqdan keçirməyə 2006-cı ildən başlayıb. Daha sonra şirkət Alyaskadakı “Prudhoe Bay” neft yataqlarında istifadə etmək üçün “Puma AE” pilotsuz uçan aparatlarını alıb. Bu aparatlar ultra-yüngül materiallardan hazırlanıb, qanadlarının eni yeddi fut, uzunluğu 6 futdur. “Puma AE” uçan aparatları foto-video kameralarla yanaşı lazer məsafəölçəni ilə təchiz edilib.

Bu texnologiya 3D təsvirlərinin əldə edilməsi üçün istifadə olunur. Şirkətin saytında yer alan məlumatda deyilir ki, pilotsuz uçan aparatlardan istifadə yataqların kəşfiyyatı ilə yanaşı BP-nin neft-qaz kəmərləri şəbəkəsində təmirə ehtiyacı olan yerləri aşkara çıxarmaq üçün dəqiq məlumatlar toplamağa imkan verir.

Dronlar həmçinin GPS-informasiyaların toplanması, kənd təsərrüfatı sahələrindən, meşələrdən, dəmir yollarından, vadilərdən, göllərdən, çaylardan və s. məlumatlar əldə etmək imkanındadır.

BP Azərbaycanda da pilotsuz uçan aparatlardan istifadə edir. Jurnal yazır ki, şirkət pilotsuz uçan aparatları ilə sahilyanı yataqlarda işləyən geoloji kəşfiyyat komandalarına 3D modelinin hazırlanmasında kömək edir.

Pilotsuz uçan aparatlardan istifadə BP-yə biznesin aparılmasında, dəqiqliyin artırılmasına, bütün istiqamətlərdə xərclərin azaldılmasına və istehsalat effektivliyinin artırılmasına imkan yaradır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam