Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ordumuz hər cəhətdən ermənilərdən güclüdür"

 

“Ermənilər kəşfiyyat məqsədi ilə öz pilotsuz uçan aparatlarını Azərbaycan tərəfinə göndərirlər. Onlar bu yolla Azərbaycanın nə vaxt hücuma keçəcəyini öyrənməyə çalışırlar“

"Xeberinfo.com":   Məlumata görə, bunu Azvision.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev deyib.
Eks-nazir son günlər ermənilərin Azərbaycan tərəfinə pilotsuz uçuş aparatlar göndərmələrinə münasibət bildirərək qeyd edib ki, düşmən tərəfi artıq Azərbaycanın hücuma keçəcəyindən qorxmağa bağlayıb: 
“Mən bir general və keçmiş nazir kimi deyə bilərəm ki, bizim ordu erməni ordusundan 10 dəfə güclüdür. Ordumuz hər cəhətdən ermənilərdən güclüdür. Onlar bizim ordunun gücündən qorxuya düşüblər. Ermənilər Azərbaycan tərəfinin hər an hücuma keçəcəyindən qorxurlar”. 
D.Rzayev ermənilərin Azərbaycan tərəfinə göndərdikləri uçuş aparatlarının qiymətlərindən söhbət açıb: “Onların qiyməti çox yüksəkdir. Bununla da biz bir daha ermənilərə və onları müdafiə edənlərə sübut etdik ki, Azərbaycan ordusu hə an öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Ermənilər Azərbaycan ordusunun gücündən qorxuduqları üçün pilotsuz aparatları bizim tərəfə göndərirlər. Azərbaycan ordusu günü- gündən güclənir. Həmin pilotsuz aparatları ermənilərə Rusiya verir. Bununla da ordumuz ermənilərə sübut edir ki, Azərbaycan öz torpağını onlara verməyəcək”. 
Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycan ordusu düşmənin üç pilotsuz uçan aparatını məhv edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam