Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Azərbaycan və Rusiya arasında bir sıra sənədlərin imzalanması gözlənilir"

 

 

"Yaxın zamanda Azərbaycan və Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementlərinin daxil olacağı sənədlər paketinin imzalanması gözlənilir".

Yenixeber.org: Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

"Bu sənəd əsas yanaşmanı qeydə alacaq. İlk növbədə, əmtəə dövriyyəsinin artırılmasını qarşıya məqsəd qoymuşuq. Bu rəqəm 2017-ci ildə 2,6 milyard dollar təşkil edib. Onun daha da artacağına ümid edirik", - o bildirib.

Səfirin sözlərinə görə, ölkələr sənaye, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər: "Tezliklə Rusiyanın iştirakı ilə birgə müəssisələrin yaradılmasını görəcəksiniz və bu, daha da yaxınlaşmaq üçün fon yaradacaq. Sədrləri dəyişən İş Şurasının son zamanlarda fəallığı artıb. Bu mövqelərə energetika sahəsində münasibətlərimizin təşviqində maraqlı olan insanlar gəlib. Bizim tərəfdən Şura 70-dən çox şirkətlə təmsil olunur. Dövlət inkişaf istiqamətini planlaşdıran zaman biznes maraqları nəzərə alınmalıdır. İlin sonuna qədər iqtisadi əməkdaşlığımıza stimul veriləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam