Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Azərbaycan Rusiyaya iqtisadiyyatına 18 milyard dollar yatıracaq

 

     Azərbaycan Rusiya iqtisadiyyatına yaxın 5-6 il ərzində 18 milyard dollar investisiya yatıracaq

 

"Xeberinfo.com": Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşü zamanı bildirib.
“Novosti-Azərbaycan” agentliyinin əməkdaşı görüşdən bildirir ki, Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini deyib. Nazir bildirib ki, ötən il ölkələr arasında mal dövriyyəsinin həcmi 10 faiz artıb, bu göstəricinin daha da artması üçün potensial var.
Rusiyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətinin səfər proqramına Sumqayıt Texnologiyalar Parkına baş çəkmək və oradakı müəssisələrlə əməkdaşlıq qurulması da daxildir.
2013-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 583 milyon dollar təşkil edib. Rusiya Azərbaycana 1 milyard 505 milyon dollarlıq mal ixrac edib, Azərbaycan isə bu ölkəyə 1 milyard 78 milyon dollarlıq mal göndərib. Hazırda Azərbaycanda Rusiya kapitalı ilə işləyən 570 şirkət fəaliyyət göstərir, son illər Rusiya şirkətləri Azərbaycana 628 milyon dollar yatırım qoyub. Azərbaycan isə Rusiya iqtisadiyyatına ötən 10 ildə 1 milyard dollara yaxın investisiya yatırıb.

 

İndi iqtisadi inkişaf nazirinin yaxın 5-6 ildə Rusiyaya fantastik məbləğdə - 18 milyard dollar investisiya qoyulacağını açıqlaması tərəflərin hansısa iri iqtisadi layihələr üzərində müzakirələr apardığını göstərə bilər. Eyni zamanda bu məlumat göstərir ki, Qərblə münasibətləri məhdudlaşdıran Azərbaycan öz kapitalını Rusiyaya və digər yaxın ölkələrə yönəltməyə hazırlaşır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam