Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Kazmirov Paşinyana səsləndi:"Köçəryan və Sərkisyanla tezliklə görüş, ortaya ortaq mövqe qoyun"

“Ermənilər və azərbaycanlılar arasında Dağlıq Qarabağ münaqişəsinin yaranmasının əsas səbəblərindən biri Sovet İttifaqının dağılması idi”.

Yenixeber.org: Bunu Rusiyanın ATƏT-in Minsk qrupundakı ilk həmsədri Vladimir Kazimirov deyib.

Kazimirov hesab edir ki, 1994-cü ildə Ermənistan və Azərbaycan arasında əldə edilmiş atəşkəs anlaşmasında onun və Rusiyanın böyük rolu olub:

“Bunun üçün Bakıdan xahiş etdim. Son nəticədə – 1994-cü ildə tərəflər arasında atəşkəs rejiminin tətbiq edilməsinə nail olduq.

İndi isə münaqişənin yaranmasından dörddə bir əsr keçir. Hadisələrin inkişafını da nəzərə alsaq, Rusiya bu prosesi yaxından izləmək məcburiyyətindədir. Şadam ki, Minsk Qrupunun üç həmsədri – Rusiya, ABŞ və Fransa bir sıra məsələlərdə fərqli baxışları olmasına baxmayaraq, Qarabağ münaqişəsinin həlli üzərində işləyirlər. Lakin düşünürəm ki, münaqişənin müharibə ilə həlli yolu yoxdur, Azərbaycan da 1990-cı illərlə müqayisədə böyük hərbi gücə malik olmasına baxmayaraq, məsələnin dinc yolla həllinin tərəfdarıdır”.

Kazimirov hakimiyyət dəyişikliyi baş vermiş Ermənistanın münaqişədəki rolundan da danışıb: “Son vaxtlar Ermənistanda daxili vəziyyət yenidən mürəkkəbləşib, ölkənin siyasi liderləri arasında uçurumlar var. Ən azı münaqişənin həlli üçün ortaq yanaşma ortaya qoymaq lazımdır. Buna görə də Nikol Paşinyan, Robert Köçəryan və Serj Sərkisyan tezliklə görüşməlidirlər. Onlara dil tapmaq üçün heç bir tərcüməçi lazım deyil. Qüvvələrin birləşməsi bölgədə təhlükəsizliyin yaradılması üçün vacibdir”. (teleqraf)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam