Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Uorlik bəyanatla çıxış etdi

 

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər. 

"Xeberinfo.com": APA-nın xəbərinə görə, ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir tərəfindən imzalanan bəyanatda bildirilir ki, həmsədr ölkələr münaqişənin sülh yolu ilə həllinə dair mövqelərinə sadiqdir: “Münaqişənin hərbi yolla həlli yoxdur. Biz tərəfləri zorakılıqdan çəkinməyə və münaqişənin qəti həlli üzərində fəal çalışmağa çağırırıq”.

Sənəddə il ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılıq hallarının artmasından narahatlıq ifadə olunur: “İyul və avqustda hərbi fəaliyyətlər ciddi itkilərə səbəb olub, tərəflər arasında gərginliyi artırıb və qarşılıqlı etimadsızlığı dərinləşdirib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görməli və sülh danışıqlarının inkişafı üçün əlverişli mühit yaratmalıdır. 12 noyabrda hərbi helikopterin vurulması gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün gərginliyi azaldacaq və etimadı bərpa edəcək tədbirlərin vacibliyini göstərir. Biz tərəflərə müraciət edərək gərginliyini artmasının qarşısını almaq üçün onları səbr nümayiş etdirməyə çağırırıq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam