Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qarabağ məsələsində Rusiya Azərbaycanın maraqlarını nəzərə almadı"

Qarabağ məsələsində Rusiya Azərbaycanın maraqlarını nəzərə almadı -

 

"Dağlıq Qarabağ münaqişəsinin baş qaldırdığı ilk vaxtlarda Rusiya səhvə yol verib, Azərbaycanın maraqlarını nəzərə almayaraq faktiki olaraq Ermənistanın tərəfində olub".

Xeberinfo.com:  Apa-nın verdiyi xəbərə görə, bu barədə Rusiya sabiq xarici işlər nazirinin müavini, “Siyasi araşdırmalar mərkəzi”nin direktoru olan Andrey Fyodorov “moscow-baku.ru” portalına müsahibəsində deyib.

Həmin vaxtlarda Rusiya baş nazirinin məsləhətçisi vəzifəsində çalışdığını deyən A. Fedorov bildirib ki, o illərdə erməni lobbisi güclü fəaliyyət göstərib: “Mən erməni lobbisinin bizim hökumətə, XİN-ə, hakimiyyət orqanlarımıza necə təsir etdiyini çox yaxşı xatırlayıram. Bu faktor da münaqişənin həlli prosesini donduran əsas səbəblərdən idi”.

Ekspert qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr yalnız dünya ictimaiyyətinin vahid mövqe sərgiləyəcəyi təqdirdə icra oluna bilər: “Hər dəfə Minsk qrupuna müraciət etmək olmaz, çünki Minsk qrupu məsləhətləşmə platformasından başqa bir şey deyil. Minsk qrupu öz əsas vəzifəsini - münaqişənin həlli mexanizmini formalaşdırmır. Əgər mexanizm yoxdursa, onda bütün qərarlar sözdə qalır və həll yollarının tapılması ilə bağlı müzakirələrin sonu olmur”.

A. Fyodorov hesab edir ki, Rusiya münaqişənin həllində xüsusi rol oynamalıdır. “İrəli sürdüyüm varianta əsasən, Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə üçtərəfli qrup yaradılmalıdır. Düşünürəm ki, belə qrupun Minsk qrupu ilə paralel mövcudluğu mümkündür”, - deyə o əlavə edib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam