Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyi Avropada qeyd olunur

 

 Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100-cü ildönümü münasibətilə həm ölkə daxilində, həm ölkə xaricində tədbirlər qeyd olunmaqdadır

Yenixeber.org: Şanlı Cümhuriyyət tariximiz barədə xarici ölkə vətəndaşlarına məlumat vermək məqsədi ilə gənc fəallar - BF şirkətlər qrupunun təsisçisi Aydın Əhmədov, eləcə də Kamal Dadaşov Avropanın bir sıra şəhərlərində - Strasburqda (Fransa) və Cenevrədə (İsveçrə) tədbirlər keçiriblər. 

Strasburqda baş tutan tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurasıyanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Yaqubov AXC-nin tarixi, qurucuları haqqında məlumat verib. O, son illər Azərbaycanın iqtisadi inkişafı, aparılan daxili və xarici siyasət nəticəsində beynəlxalq arenadakı nüfuzunun artması da danışıb. 

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hazırladığı promo video çarx nümayiş etdirilib. 

Tədbirin təşkilatçısı A.Əhmədov isə çıxışında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətindən, onun layiqli davamçısı Prezident Ilham Əliyevin gənclərə, o cümlədən gənc sahiblarlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb. O, Azərbaycanın turizm potensialından, ölkəyə getdikcə güclənən turist axınından da danışıb. K.Dadaşov isə çıxışında SOCAR haqqında məlumat verərək, onun dünyadakı nüfuzundan bəhs edib. 

Cenevrədə baş tutan tədbirdə isə Azərbaycanın bu şəhərdəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin attasesi Yusif Huseynov çıxış edərək vurğulayıb ki, indiki Azərbaycan o vaxtı AXC-nin varisidir və onun bütün demokratik ənənələrinə sadiqdir. A.Əhmədov və K.Dadaşov isə vurğulayıblar ki, Cümhuriyyət 1920-ci ildə süqut etsə də, onun aşıladığı müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyib. Xalq bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində və şüurunda yaşadıb. Xüsusəilə mummilli lider Heydər Əliyevin uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirib, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaradıb. 

Tədbirlərin sonunda iştirakçılara Azərbaycan nemətləri təqdim edilib, çay süfrəsi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam