Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Avropada AXC-nin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərə start verilib

 

 Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü münasibətilə 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi, bu əlamətdar hadisənin ölkə daxilində və xaricində qeyd olunması ilə əlaqədar Avropanın bir sıra şəhərlərində, o cümlədən, Lüksemburqda, Strasburqda (Fransa) və Cenevrədə (İsveçrə) silsilə tədbirlərə start verilib

Yenixeber.org:  İlk tədbir Luksemburqdakı Qarabağ mədəniyyət mərkəzində baş tutub. Diplomatik korpusun, yerli diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri Azərbaycanın Belçika və Luksemburqdakı səfiri Fuad Isgəndərov açıq elan edib. O, AXC-nin yaranma tarixindən, müasir dövrdə ona verilən qiymətdən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Ilham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edib.

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təmsilçisi Kamal Dadaşov XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında keçdiyi sürətli inkişaf yolundan, ölkənin neft strategiyasından danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu günki durumu, inkişaf yolu, ölkənin milli brendi SOCAR barədə məlumat verib. 

Gənc fəal, tədbirin təşkilatçılarından olan Aydın Əhmədov isə çıxışında Azərbaycanda turizmin inkişafından, ölkənin turizm potensialından söhbət açıb. O, diqqətə çatdırıb ki,son dövrlərdə Azərbaycana turizm axının güclənməsi birbaşa bu sahədə aparılan islahatların nəticəsidir. 

Qeyd edək ki, mayın 15-də Lüksemburqda start götürmüş tədbirlər bu gün Strasburqda davam etdirilib, mayın 18-də isə Cenevrədə təşkil olunacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam