Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adının verilməsi təklif edilib

 
Milli Məclisin deputat Məlahət İbrahimqızı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adının verilməsini təklif edib

Yenixeber.org: Bu təklif Milli Məclisinin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclasında irəli sürüb.
M.İbrahimqızı Heydər Əliyevin ideyalarının əbədiləşdirilməsinin vacibliyinə toxunub.
Deputat Aydın Hüseynov isə rayonlardan birinə Heydər Əliyevin adının verilməsini təklif edib.
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov Heydər Əliyevin hakimiyyətdə olduğu dövründə formalaşdırılan hüquqi bazadan danışıb. O qeyd edib ki, iqtisadi islahatla hüquqi islahat paralel həyata keçiriləndə ölkə inkişaf edir: "Azərbaycanda da bu prinsiplər əsas olub".
O vurğulayıb ki, Azərbaycan hazırda müstəqil xarici siyasət yürüdür, Heydər Əliyevin dövlətçilik ənənələri qorunub saxlanılır.
Deputat Aydın Mirzəzadə Heydər Əliyevin şücaətindən danışıb, nümunəvi siyasətçi olduğunu qeyd edib: “Güclü nəzəriyyəçi, güclü praktik ola bilmir. Amma Heydər Əliyev bunların hər ikisini bacarırdı”.
Deputat Nizami Cəfərov da çıxışında Heydər Əliyevin tarixi şəxsiyyət olmaqla yanaşı, Azərbaycanın gələcəyi olduğunu qeyd edib: “Heydər Əliyevin mədəniyyətin, incəsənətin inkişafında rolu misilsizdir. O, daim sənət adamlarına diqqət və qayğı göstərib. Onun dövründə Azərbaycan elmi, mədəniyyəti inkişaf edib”.
Sonda Heydər Əliyevin xatirəsinə həsr olunan film nümayiş olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam