Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Azərbaycan-Qətər münasibətləri yüksək səviyyədədir

 

Azərbaycan-Qətər münasibətləri yüksək səviyyədədir

Qətərin QNA xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Tofiq Abdullayevin ikitərəfli əlaqələrimizə və Qətər Dövlətinin milli bayramına həsr olunan müsahibəsini yayıb.

Yenixeber.org: Səfirlikdən verilən məlumata görə, T.Abdullayev Qətərin milli bayramı münasibətilə ölkə rəhbərliyini və xalqını təbrik edib. Vurğulayıb ki, Qətər hökuməti tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində son illər ərzində ölkə bütün sahələrdə böyük inkişaf yolu qət edib, Yaxın Şərqdə önəmli gücə çevrilib.

Müsahibədə Azərbaycan-Qətər münasibətlərinin yüksək səviyyədə olduğu, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış 31 sənədin ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı qeyd edilib. Səfir son iki il ərzində hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrarası əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayıb.

Səfir Qətərlə bağlı regionda yaranmış mövcud vəziyyətin İslam dünyasının xeyrinə olmadığını bildirərək, məsələnin dialoq və beynəlxalq hüquq çərçivəsində qısa zaman ərzində həll olunacağına ümid etdiyini diqqətə çatdırıb. O, problemin həllinin İslam dünyasında həmrəyliyin inkişafında mühüm rol oynayacağını ifadə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam