Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səfir:Dünya ictimaiyyəti təcavüzkar Ermənistana sanksiyalar qəbul etməlidir

 

Dünya ictimaiyyəti təcavüzkar Ermənistana təzyiq göstərməli və bu ölkəyə qarşı sanksiyalar qəbul etməlidir.

Yenixeber.org: Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin nüfüzlu televiziya kanallarından olan Waqt Tv-nin “Embassy Road” (Səfirlik Yolu) proqramına müsahibəsində deyib.

Diplomat Azərbaycan-Pakistan münasibətlərinin inkişafı, Azərbaycan Prezidenti və Pakistan rəhbərliyinin təlimatları əsasında və onların birbaşa diqqətləri nəticəsində iki ölkə arasında artan əməkdaşlığın daha da şaxələndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr haqqında məlumat verib. Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye və texnoloji parkların fəaliyyətləri haqqında məlumat verən səfir, Azərbaycanla-Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticari, hərbi-texni, enerji, turizm və digər sahələrdə də əməkdaşlığa öz tövhəsini verdiyini, 2017-ci ildə iqtisadi-ticari və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün iki birgə işçi qruplarının yaradıldığını, eyni zamanda, viza rejiminin Pakistan vətəndaşları üçün sadələşdirildiyini və qarşılıqlı investisiya üçün imkanların artdığını bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları, Xocalı soyqırımı haqqında məlumat verən səfir, Azərbaycan torpaqlarının sülh yolu ilə azad olunması üçün dünya ictimaiyyətinin təcavüzkar Ermənistana təzyiq göstərməsi və ciddi sanksiyalar qəbul etməsi gərəkdiyini bildirib. Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması ilə bağlı da məlumat verən səfir İslam dinin sülh və əminamanlıq dini olduğunun dünya ictimaiyyətinə bir daha çatdırılması, İslam ölkələri arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi üçün Azərbaycanda, eləcə də Azərbaycanın birgə təçkilatçılığı bir sıra digər xarici ölkələrdə müxtəlif tədbirlərin təşkil olunduğunu və layihələrin icra edildiyini, 54 ölkənin iştirakı ilə İslam Həmrəyliyi Oyunlarının cari ildə Bakıda yüksək səviyyədə baş tutduğu haqqında tamaşaçıları məlumatlandırıb.

Ə.Əlizadə həmçinin, ikitərəfli əlaqələrə və regional məsələlərə dair digər sualları cavablandırıb, cari ilin sonuna kimi Azərbaycanla Pakistan arasanda bir sıra qarşılıqlı səfərlərin baş tutacağını və layihələrin icra ediləcəyini bildirib.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam