Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qətər tələblərimizi yerinə yetirməsə, başqa yollara əl atacağıq” -Səfir

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymin  Qətər böhranı ilə bağlı maarqlı açıqlamalar verib.

Yenixeber.org:   Onun APA-ya verdiyi müsahibəsini oxucularına təqdim edirik:

– Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlərin pozulmasının kökündə nə dayanır?

– Qətər böhranı Səudiyyə Ərəbistanı ilə Qətər arasında olan bir problem deyil. Bu məsələyə Bəhreyn, Birləşmiş Ərəb Əmirliklər və Misir də qoşulub. Bu ölkələr 20 ilə yaxındır ki, Qətərlə danışıqlar aparır və tələb edirlər ki, terror qruplaşmalarının rəhbərləri və nümayəndələrinə sığınacaq verməsin. 2013-cü və 2014-cü ildə hətta bu istiqamətdə razılaşma da əldə olunub və sazişlər imzalanıb. Qətər razılıq verib ki, öz ölkəsində terrorçulara dəstək verməyəcək. Lakin Qətər bu razılaşmalara məhəl qoymadı. Bu ölkə terrorçulara həm maddi yardım göstərdi, həm də onlara sığınacaq verdi. Bunun nəticəsində bu 4 ölkə milli təhlükəsizlik maraqlarını müdafiə etmək məqsədilə məcbur qaldılar ki, bu ölkə ilə diplomatik münasibətləri dayandırsınlar. Biz bununla həm də Qətəri öz siyasətini dəyişməyə məcbur etməyə çalışdıq.

– Terrorçuların dəstəklənməsi məsələsi ilə yanaşı, “Əl-Cəzirə” kanalının fəaliyyətinin dayandırılması, İranla münasibətlərin kəsilməsi və Türkiyənin Qətərdə hərbi mövcudluğuna imkan verilməməsi tələbləri də irəli sürüldü. Bu, bir ölkənin suveren hüquqlarına müdaxilə etmək demək deyilmi?

– Terrorçuların maliyyələşdirilməsi və onlara sığınacaqların veriləsi ilə bağlı məsələ tələblərin arasında ən əsasıdır. Digər ikitərəfli məsələlərlə bağlı tələblər isə bu ölkənin öz seçimidir. Bunlar ikinci dərəcəli məsələlərdir. Qətərin sığınacaq verdiyi şəxslər onların aid olduğu ölkələr tərəfindən axtarışa verilib və dünyanın böyük ölkələrində terrorçular siyahısına daxil edilib. Bu addım Körfəz ölkələrinin milli maraqlarına zərbə vurur. Bu, həm də Qətərin öz maraqlarına ziddir. Bizim Qətər xalqı ilə problemimiz yoxdur. Biz bu xalqa qarşı qardaşlıq hissi bəsləyirik. Bizim əsas problemimiz onların terrorçulara dəstəyi məsələsidir.

– Qətərə verilən 48 saatlıq əlavə möhlət bitir. Tələblər yerinə yetirilməzsə, bunun nəticəsi necə olacaq?

– Biz ümid edirik ki, hər şey yaxşı olacaq və Qətər tələblərimizə müsbət cavab verəcək. Terrorçulara dəstəyin dayandırılması tələbi tək bir ölkənin tələbi deyil. Bu, bütün dünyanın tələbidir. Əgər tələblər yerinə yetirilməzsə, biz digər yollara əl atacağıq və bunların içərində maliyyə sanksiyalarının tətbiqi də var. Biz çalışırıq ki, Qətər öz ziyanına işləyən bu məsələdən əl çəksin. Bu məsələ ölkənin dünyada təklənməsinə səbəb olur.

– Qətər böhranı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərə necə təsir edə bilər?

– Biz ümid edirik ki, dünyanın nüfuzlu ölkələrindən olan Türkiyə bu məsələdə müsbət və ya ən azından neytral mövqe tutacaq. İstəyirik ki, Türkiyə terrora dəstək verən Qətəri bu işdən yayındırsın.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam