Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Səfirimiz "Əl-Ərəb” qəzetində müsahibə verib- FOTO

Səfirimiz "Əl-Ərəb” qəzetində müsahibə verib

 

 

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin ərəb dilli nüfuzlu "Əl-Ərəb" qəzetində geniş müsahibəsi dərc edilib

 

Yenixeber.org: Müsahibədə Azərbaycan-Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın əsas prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti, turizmin inkişafı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım haqqında geniş məlumat verilib.

Səfir Azərbaycan-Qətər münasibətlərindən danışaraq, son iki il ərzində dövlət başçıları tərəfindən həyata keçirilmiş səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, lakin iqtisadi əlaqələrin arzu olunan səviyyəyə çatdmadığını bildirən səfir, hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının əsas prioritet olduğunu diqqətə çatdırıb.

Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.

Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. Qətər Hava Yolları tərəfindən ölkəmizə həftədə 14 uçuşun həyata keçirilməsinin, viza rejiminin sadələşdirilməsinin və ölkəmizin turizm potensialının Qətərdən ölkəmizə gələn turistlərin sayının artmasında mühüm rol oynadığı qeyd edilib.

Səfir müsahibədə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarların qəbuluna Qətərin verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Səfir bu il xalqımızın azərbaycanlılara qarşı törədilmiş soyqırımının 100 illiyini qeyd etdiyinə diqqəti yönəldərək, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş qırğınlara beynəlxalq müstəvidə hüquqi qiymətin verilməməsinin təəssüf doğurduğunu bildirib. Hələ də ərazilərimizin 20 faizinin işğal altında qaldığı və bir milyon vətəndaşımızın qaçqın vəziyyətində yaşadığı diqqətə çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam