Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi azalıb

 

 Fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi azalıb

 

 

2017-ci ilin 9 ayının sonuna manatla pul bazası ilin əvvəlindən 10,3% artıb və dövrün sonuna 8 mlrd. 671,2 mln. manat təşkil edib

 

Yenixeber.org: Mərkəzi Bankın (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, 9 ayda manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 11,2% artıb.

Digər tərəfdən zəif kredit aktivliyi şəraitində pul bazasının artımı dövr ərzində bank sistemində izafi likvidliyin artması ilə müşayiət olunub. İlin əvvəlindən manatla olan müxbir hesabların qalığı 5,5% artıb.

İlin əvvəlində manatla geniş pul kütləsi (M2) 11 mlrd. 546,3 mln. olub və dövrün sonuna 11 mlrd. 464,5 mln. manat təşkil edib. Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdiriblər. Belə ki, dövr ərzində nağd pul kütləsi 11,2%, fiziki şəxslərin manat əmanətləri 30,6% artıb, hüquqi şəxslərin manat depozitləri isə 22% azalıb.

Manatla müddətli əmanət və depozitlər dövr ərzində 35,7% azalıb, tələb olunanadək depozitlər isə 4,8% artıb. Fiziki şəxslərin manatla olan müddətli əmanətləri isə ilin əvvəlinə nəzərən 21% artıb. Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 1,2% artıb və dövrün sonuna 21 mlrd. 134 mln. manat təşkil edib.

Hesabat dövründə bank depozitlərinin dollarlaşma səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 44,7%, 9 ayın sonuna isə 45,8% təşkil edib.

Dövr ərzində fiziki şəxslərin manatla əmanətləri 30,6% artıb, xarici valyutada əmanətləri 15% azalıb. Nəticədə fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79,6%-dən dövrün sonunda 71,8%-ə enib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam