Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Mərkəzi Bankdan dollar açıqlaması

 

1446558605_dollar-manat-merkezi-bank

 

Bu ilin ilk rübündə Azərbaycanda dollarlaşma səviyyəsi aşağı düşüb.

Xeberinfo.com:  Mərkəzi Bankdan verilən məlumata görə, ölkədə xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 59,2% olduğu halda, I rübün yekunu üzrə 56,7% təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 76,4% təşkil etdiyi halda, I rübün sonuna 74,9% olub.
Bundan başqa, I rübdə fiziki şəxslərin manatla əmanətləri ilin əvvəli ilə müqayisədə 6,4% artdığı halda, xarici valyutada əmanətləri 20,8% azalıb. Fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 81%-ə enib.
Azərbaycanda 2016-cı ilin I rübündə valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
Mərkəzi Bankdan verilən məlumata görə, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,8 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2,7 dəfə azalıb.
Xəbərə görə, ilik ötən dövründə valyuta bazarında əməliyyatların 82%-i ABŞ dollarında, 18%-i digər valyutalarda aparılıb.
Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 2016-cı ilin yanvar-mart aylarında banklar tərəfindən satılan xalis nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 3,5 dəfə azalaraq 69 mln. avro təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində banklar tərəfindən gətirilən nağd ABŞ dolları ötən ilin müvafiq dövrünə nisbətən 6.2 dəfə azalıb: “Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Xarici valyutaya tələbin azalmasının əsas amillərindən biri mal və xidmət idxalının azalması olub. Bundan başqa ötən dövrdə müşahidə olunan dollarlaşma prosesinin səngiməsi də xarici valyutaya tələbin azalmasında rol oynayıb”.
Valyuta təklifinin aşağı düşməsi əsasən Dövlət Neft Fondu tərəfindən (ARDNF) valyuta satışlarının azalması ilə əlaqədar olub. Belə ki, ARDNF-in xarici valyuta satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% azalıb. Digər mənbələrdən də (xaricdən pul baratları, ixrac və s) xarici valyuta təklifinin azalması bu ilin I rübündə davam edib.
Məlumata əsasən, I rüb ərzində ümumilikdə 33 hərrac keçirilib. Tələb 12 hərracda təklifi üstələdiyi halda 21 hərracda tam qarşılanıb. Hərraclarda orta günlük tələb 132 mln. ABŞ dolları, təklif isə 148 mln. dollar təşkil edib. Mərkəzi Bankın təşkil etdiyi valyuta hərracları çərçivəsində ARDNF-nun xarici valyuta satışları ümumilikdə 1253 mln. ABŞ dolları olub.
Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 4 mlrd. dollar təşkil edir. Bununla belə Mərkəzi Bankın valyuta ehtiyatları 2016-cı ilə gözlənilən 3 aylıq mal və xidmət idxalını əhəmiyyətli üstələyir. /”Report”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam