Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aydın Quliyev: “Qəzetlərin reklam bazarında iştirakına imkan yaradıla bilər”

 

 

 

Ələsgər Süleymanov: “Satış məntəqələrinin azaldılması, metrolardan yığışdırılması kimi amillər tiraja öz təsirini göstərir”

 

Yenixeber.org: İnternet medianın cəmiyyət həyatına bu cür  sürətlə daxil olması, insanların informasiya tələbatının tam şəkildə ödənilməsi çap mediasının yerini də daraldıb. Artıq kağız qəzetçiliyinin son illərini yaşaması ilə bağlı fikirlər də səslənməkdədir. Bu fikrin tərəfdarları elə də çox olmasa da, hər kəs etiraf edir ki, çap mediası nəinki Azərbaycanda, bütün dünyada tənəzzül dövrünü yaşayır.

Son illərdə iqtisadi çətinliklər səbəbindən bir neçə populyar qəzet, jurnal fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Fəaliyyətini davam etdirən qəzetlərin isə tirajı kəskin şəkildə azalıb. Səbəblərdən biri insanların yeni mediadan istifadəyə üstünlük verməsidirsə ki, digəri də qəzet satışının əlçatan olmamasıdır. İnsanların sıx olduğu yerlərdə satışa icazə verilməməsi,  qəzet köşklərinin qəzetdən başqa hər növ məhsul sərgiləməsi insanların marağını da öldürür.

Bəs çap mediasını, ümumilikdə qəzet mədəniyyətini qorumaq üçün nə etməli?

Related image

Bu sualı cavablandıran “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov da vurğuladı ki, çap mediasının qorunması üçün ciddi dəstəyə ehtiyac var: “Çap mediasının qorunması üçün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu fondun  yaradılmasının əsas məqsədi də çap mediasının qorunmasıdır. Dövlət tərəfindən bu fonda  ayrılan vəsait məhz bu istiqamətdə xərclənir. Lakin buna baxmayaraq, günü-gündən çap mediasının sayı azalır, tirajlar aşağı düşür. Bu da gözlənilən bir tendensiyadır. İnternetin və mobil qurğuların sürətlə inkişaf etməsi çap mediasına öz təsirini göstərdi. Hər kəsin əlində telefon, planşet və digər mobil vasitələr var, internetə çıxış imkanı var, istənilən məlumatı anında ala bilirlər. Amma dünya təcrübəsi göstərir  ki, bu çap mediasının birdəfəlik sıradan çıxmasına gətirib çıxartmayacaq. Düzdür, qəzetlərin sayı azalacaq. Azərbaycanda ola bilsin ki,  bir neçə çap mediası qalacaq. Həmin qəzetlər indiki satış qiymətindən daha baha satılacaq, ola bilər ki, səhifələrinin sayı daha çox olsun. Bu, aylıq və ya həftəlik dərgi formasında da, gündəlik qəzet formasında da ola bilər. Bu qəzet versiyasını oxumaq bir prestij sayılacaq. İndi qəzet elə bir qiymətədir ki, onu ən kasıb təbəqə də alıb oxuya bilər. Amma belə görünür ki, gələcəkdə qəzetləri ən imkanlı təbəqə alıb oxuyacaq”.

Ə.Süleymanovun sözlərinə görə, zaman-zaman qəzetlərin görünən yerlərdən uzaqlaşdırılması, satış məntəqələrinin azaldılması, metrolardan yığışdırılması kimi amillər də   tiraja öz təsirini göstərir: “Təbii ki, bu maneələr olmasaydı, tirajımız indi bu vəziyyətdə olmazdı. Çox güman ki, bundan qat-qat çox olardı. Real göstərici də budur ki, tələbat indiki vəziyyətlə uyğun deyil. Səbəb isə satış məntəqələrinin yığışdırılmasıdır. Əgər metrolarda  satışa maneələr olmasa,  qəzet köşklərinin sayı günü-gündən azalmasa, köşklər  məhz çap məhsullarının satılması üçün nəzərdə tutulsa, qəzetlər daha yaxşı sərgilənsə  çox güman ki, tiraja böyük təsiri olacaq. Nə etmək olar? Öncəliklə, dövlət yardımını saxlamaq lazımdır və mümkün olduğu təqdirdə bir  qədər də artırmağa ehtiyac var. Həmçinin qəzeti kağız versiyadan oxuyanları təşviq etmək lazımdır ki, bundan imtina etməsinlər”.

Image result for “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, heç bir kütləvi informasiya vasitəsi qəzet formatını sıradan çıxarda bilməz: “Təəssüf ki, bəzi adamların  dilindən  belə sözlər eşidirik ki, çap mediasının vaxtı artıq keçdi, qəzetlər artıq bundan sonra gərəkli deyil. Ancaq bu fikirlər reallığa uyğun deyil. Nəzərə almaq lazımdır ki, kütləvi informasiya vasitələri bir-birini əvəz etmir, yeniləri yarandıqca köhnələr sıradan çıxmır. Hər birinin öz yeri var. Televiziyanın kəşfi radionu sıradan çıxartmadı, internetin kəşfi televiziyanı sıradan çıxartmadı.  Eynilə də bunların mövcudluğu qəzetləri də bir KİV formatı  kimi sıradan çıxarda bilməz. Doğrudur, çap mediasının fəaliyyət meydanı daralıb.  Əgər Azərbaycanda çap mediasının fəaliyyəti bir anlığa təcrübi olaraq dayandırılsa, cəmiyyətin böyük bir hissəsi məhz qəzet formatında informasiya mənbələri axtaracaq. Bax  o zaman qəzetlərin qədir-qiyməti bilinəcək. Aydın məsələdir ki, qəzetlərin  bir KİV olaraq yaşamasına hərtərəfli dəstək lazımdır. Birinci növbədə cəmiyyətin özünün dəstəyi lazımdır. Bunun üçün də qəzetlərin məzmunundan tutmuş formasına , tərtibatına qədər  önəm vermək lazımdır. Bunlar əhəmiyyətli rol oynaya bilər”.

A.Quliyevin fikrincə,  dövlətin dəstəyinin bir qədər gücləndirilməsi də bu istiqamətdə  müsbət rol oynaya bilər: “Qəzetlərin reklam bazarında iştirakına imkan yaradıla bilər. İndiki şəraitdə  qəzet satışı üçün əlverişli  yerlərin ayrılması məsələsi qaldırılsa, hökumət orqanları bununla bağlı  müvafiq qərar qəbul edərlər. Hökumətin hazırda KİV-in inkişafına dəstək vermək istəyi var.  Bu istiqamətdə müəyyən işlər gedir. Məsələ qaldırılsa, hökumətdən satış nöqtələrinin artırılması ilə bağlı müəyyən dəstəklər ola bilər”. (musavat)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam