Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İnternet mediası da dövlət tərəfindən maliyyələşdirilməlidir” -Mətbuat Şurasının sədri

 

“Məncə mediamızın iqtisadi durumunu medianı təmin edəcək dərəcədə qura bilməmişik. Necə ki, qəzetlərimiz KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşir, eləcə də internet üzərindən yayımlanan resursların fəaliyyəti nəzərə alınmalıdır”.

Yenixeber.org:  Bunu Mətbuat Şurasının sədri, Milli Məclkisin deputatı Əflatun Amaşov Modern.az-a saytına açıqlamasında deyib.

Deputat deyib ki, internet mediası da dövlət tərəfindən maliyyələşdirilməlidir.

“Bu təşəbbüsü bir neçə dəfə qaldırmışam və mənim diqqətimdədir. İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Çünki ictimai fikrin formalaşmasında internet resusrlarının rolunu nəzərə almalıyıq. İndiki şəraitdə dərindən analiz aparsaq, fəaliyyət göstərən internet resurslarına ayrı-ayrı adamlar daha yaxındılar”.

Mətbuat Şurasının sədri bildirib ki,  internet medianın  maliyyələşməsi əsasən ayrı-ayrı adamlar vasitəsilə həyata keçirilir.

“Bu da məlumatın cəmiyyətə obyektiv şəkildə ötürülməsində maneə ola bilir. Əgər internet medianı dövlət maliyyələşdirsə, cəmiyyət bundan udar. Cəmiyyət daha çox obyektiv informasiyalar əldə edər. Eyni zamanda, KİV və internet resursları bundan gəlir əldə edər. Öz fəaliyyətlərini daha obyektiv, şəffaf qura bilər. Bundan isə Azərbaycan mətbuatı daha çox uğur qazanar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam