Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Elçin Quliyev və İlqar Əliyevin müsadirə olunmuş əmlakları -ŞOK SİYAHI

 

1494055266-3608

Ləğv edilmiş MTN-nin növbəti dəstəsi, general Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Yenixeber.org:  “Qafqazinfo” xəbər verir ki, nazirliyin Anti-Terror Mərkəzinin sabiq rəhbəri Elçin Quliyev və digərlərinin ittiham olunduqları cinayətlərə görə dəymiş maddi ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulub.

General Elçin Quliyevə məxsus əmlaklar:

ƏMLAKLAR QİYMƏT
90 TT 757 nömrəli “Mercedes BENZ GL 500” 105 min manat
90 HH 757 nömrəli “Mercedes BENZ C200” 64 min manat
Mərdəkan qəsəbəsində bağ sahəsi 172 min manat
Ceyranbatan qəsəbəsində torpaq sahəsi 27 min 500 manat
Nabranda torpaq sahəsi 12 min manat

İntihar edən polkovnik İlqar Əliyevə məxsus əmlaklar:

ƏMLAKLAR QİYMƏT
Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa 798 min manat
Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi 180 min manat
N.Nərimanov prospektində obyekt 418 min manat
Nabranda 6 sot torpaq 12 min manat
Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri 12 min 400 manat
Mərdəkan qəsəbəsində bağ evi 192 min manat
Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi 21 min manat
Göyçay şəhərində daşınmaz əmlak 114 min manat
Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi 7200 manat

E.Quliyevin adına olan iki avtomobil hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Maddi-təchizat idarəsində saxlanılır.  Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi isə general Elçin Quliyev cavabdeh olaraq tanınıb.

Qeyd edək ki, general –mayor  E.Quliyev MTN-də Antiterror Mərkəzinin rəisi olub. Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və “MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev 2015-ci il dekabrın 20-də təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam