Cahangir Hacıyev 60 milyonu sürücünün əli ilə Dubaya necə ötürdü?
Bu gün Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyevin məhkəməsi davam etdirilib.
Xeberinfo.com: Prosesdə şahid qismində Kamilə Hüseynova ifadə verib. O, təqsirləndirilən Azad Cavadovun onun həyat yoldaşı ilə uşaqlıq dostu olduğunu bildirib: “2011-ci ildə yoldaşım dedi ki, get banka, sənədlərə qol çək. Nəyə qol çəkdiyimi bilmirəm. “Bandotdel”ə çağırılanda nəyə qol çəkdiyimi bilmişəm”.
Dövlət ittihamçısı Fərid Nağıyev şahidə bildirib ki, onun adına 757 min 500 kredit götürülüb, heç bir məbləğ də ödənilməyib. Bununla bağlı məlumatı olub-olmamasını soruşub. Şahid “məlumatım yoxdur” deyib. Dövlət ittihamçısı kreditin üstünə 666 min manat faiz gəldiyini bildirib.
K.Hüseynovanın həyat yoldaşı İbrahim Hüseynov da anoloji ifadə verib. O, Ukraynada yaşadığını, Bakıya məzuniyyətə gələndə Azad Cavadovun ondan sənədlərə qol çəkməsini istədiyini göstərib: “Etibar etmişəm, çünki 45 illlik dostluğumuz var, atalarımız da dost olub. Xahiş elədi, mən də mərkəzi filiala gedib qol çəkmişəm”.
Təqsirləndirilən Azad Cavadocun əmisi oğlu Tofiq Cavadov şahid qismində dindirilərkən A.Cavadovun xahişi ilə Surxanı filialında sənədlərə qol çəkdiyini deyib. Dövlət ittihamçısı həmin kreditin 750 min manat olduğunu, kredit üzrə 680 min əsas, 289 min fazi borc qaldığını deyib.
Daha sonra Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev ifadə verib. O, ifadəsində 1997-ci ildən 2008-ci ilə qədər Cahangir Hacıyevin sürücüsü işlədiyini, 2008-ci ildən sonra isə bankda mütəxəssis işlədiyini göstərib: “Mərkəz filialının rəhbəri Anar Sultanov zəng edib sənədlərə qol çəkmək lazım olduğunu dedi. Bu haqda Cahangir müəllimdən soruşdum. Dedi ki, layihələrlə bağılıdır, get imzala, narahat olma. Mən də onun dediyi kimi etdim”.
Dövlət ittihamçısının suallarınıl cavablandıran şahid deyib ki, istintaq vaxtı məlum olub ki, onun adına 11 milyon 928 min dollar kredit götürülüb, pulun hara xərcləndiyini bilməyib, götürülən kreditlərə görə pul ödəməyib. Məlum olub ki, 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürülüb. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat pul olub. Şahid həmin kartlarda xəbəri olmadığını, inidiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib.
Vəkil F.Mehdiyev bildirib ki, onun adına götürülən kreditlərin 80 faizi ödənilib.
C.Hacıyev bildirib ki, kreditlər sürücüsünə onun göstərişi ilə verilib. Və həmin kreditlər layihələrə xərclənib.
Daha sonra hazırda “Beynəlxalq Bank”da idarə heyəti sədrinin müaşviri vəzifəsində çalışan Emil Mustafayev ifadə verib. O, 1994-ci ildən bankda müxtəlif vəzifələrdə çalışıb. Son olaraq isə idarə heyəti sədrinin birinci müavini işləyib. İttihamda yer alan 157 kredit və VİP-kreditlərlə bağlı bildirib ki, həmin kreditlər C.Hacıyevin göstərişi ilə verilib. O bildirib ki, kreditlərin verilməsi qanunsuz olub və bununla bağlı Cahangir Hacıyev işdən kənarlaşdırıldıqdan sonra Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib.
E.Mustafayev onu da əlavə edib ki, VİP-kreditlər C.Hacıyevin özünə, ailə üzvlərinə və yaxınlarına verilib: “Bu cür kreditlər əslində idarə heyətində təmsil olunan şəxslərə və ya yaxınlarına verilərkən bankın müşahidə şuarasının yekdil qəraraı ilə olmalı idi. Ancaq bu barədə həmin qərarlar olmayıb. Digər iri həcmli kreditlər də təminatla verilməli olsa da Cahangir Hacıyevin göstərişi ilə təminatsız verilib. Həmin kreditlərin məqsədi barədə bizə məlumat verilməyib. Göstərişə əsasən yalnız rəsmiləşdirilib və filiallar üzrə göndərilib”.
Dövlət ittihamçısı bildirib ki, ayrılan kreditlərin Dubay, Albaniya və digər ölkələrdə olan layihələrə xərclənməsi ilə bağlı ifadələr var: “Əgər həmin şirkətlərə kredit ayrılıbsa, niyə fiziki şəxslərin adına plastik kartlar açılaraq şirkətlərə həmin kartlardan köçürülüb?”
C.Hacıyev: “Həmin şirkətlərə 200 milyon dollarlıq vəsait ayrılmışdı. Kartlar vasitəsilə göndərilən pullar isə səhimlərin və lazımi avadanlıqların nağd şəkildə alınmasına sərf edilib”.
Dövlət ittihamçısı: “Əgər həmin layihələr gəlirli idisə, niyə borclar bağlanmırdı?”
C.Hacıyev: “Həmin kreditlərin bir hissəsi bağlanırdı”.
Prokuror: “Bağlanırdı, amma başqa kreditlərin hesabına bağlanırdı”.
Daha sonra vəkillərin suallarını cavablandıran E.Mustafayev niyə C.Hacıyev həbs ediləndən sonra DİN-ə müraciət etməsini belə izah edib: “Rəhbərlik belə göstəriş verirdi”.
Vəkil: “Rəhbərliyin göstərişi önəmli idi, yoxsa qanun?”
E.Mustafayev: “Qanun önəmli idi. Ancaq rəhbərliyin göstərişinə əməl etmək məcburiyyətində idik. Bu cür göstərişlərə əməl etmədiyinə görə filial müdirlərindən biri, konkret olaraq Cəlil Daşdəmirov işdən kənarlaşdırılmışdı”.
Məhkəmə prosesində fasilə elan edilib.(Virtualaz.org)