Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İcra başçısı qızının dollar qonaqlığından danışdı

İcra başçısı qızının dollar qonaqlığından danışdı

 

 

"Qızım bir dəfə də olsun ABŞ-da olmayıb. Nəinki ABŞ-da, heç indiyəcən Bakıya da gəlməyib".
 
Xeberinfo.com:   Bu sözləri Axar.az-a Kəlbəcər rayon icra başçısı Aqil Məmmədov qızı barədə yayılan məlumata münasibət bildirərkən deyib.
 
Başçının sözlərinə görə, mediada yayılan bu xəbərə görə Prezident Administrasiyasına da məlumat verib: “Bu barədə Prezident Administrasiyasına da məlumat vermişəm. Qızımın heç xarici pasportu belə yoxdur. Gəncə Dövlət Universitetində oxuyub, ailə qurub, hazırda da Gəncə şəhərində yaşayır. Evdar qadındır, 3 uşaq anasıdır. Qızım bir dəfə də olsun ABŞ-da olmayıb. Nəinki ABŞ-da, heç indiyəcən Bakıya da gəlməyib. O xəbəri yayanlar hansı əsasla mənə və ailəmə qarşı böhtan atırlar? Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürəm”.
 
Xatırladaq ki, modern.az ABŞ-da yaşayan icra başçılarından birinin (adı qeyd olunmayıb) qızının ziyafət verməsi ilə bağlı məlumat yayıb. Xəbərə görə, təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara ABŞ-da dollar qonaqlığı verib. Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əsginazlar düzülüb.
 
Bəzi saytlar isə bu xanımın Kəlbəcər rayon icra başçısı Aqil Məmmədovun qızı olması barədə informasıya yayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam