Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Yasamalın icra başçısı həbsdə olan jurnalistlə bağlı şikayətini geri götürüb

 Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov "azel.tv" saytının təsisçisi və redaktoru Əfqan Sadıqova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini geri götürüb

Yenixeber.org: Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, bu gün Cəlilabad Rayon Məhkəməsində baxılan məhkəmə iclasında icra başçısının nümayəndəsi müvəkkilinin xüsusi ittiham qaydasında verdiyi şikayətini geri götürdüyünü deyib.
Məhkəmənin qərarı ilə icraata xitam verilib.
Ə.Sadıqov bu ayın sonlarına yaxın azadlığa buraxılacaq.
Xatırladaq ki, "azel.tv" saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. Ə.Sadıqov icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham olunub, lakin o, ittihamı qəbul etmədiyini söyləyir.
2017-ci il yanvarın 12-də, Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Ə.Sadıqov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmənin qərarı ilə onun cəzası 1 azaldılıb.
2017-ci ilin dekabrında Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov xüsusi ittiham ilə məhkəməyə müraciət edib. İcra başçısı jurnalisti ona qarşı böhtan yaymaqda günahlandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam