Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

ŞÜKÜR, ADAMLIĞIMIZA QAYITDIQ

         

 

 "Xeberinfo.com":   Leksikonumuzda belə bir söz var: "Özünü yüngül saqqal eləmə".Bu sözü üzun müddət küsülü qalan aki ailəni barışdırmaq üçün qabağa düşən, istədiyi oğlana qızını verməyən tərs atanın qapısına gedən vasitəçiyə deyirlər.Düz də deyirlər. istər qarasaqqal ol,istər də ağsaqqal sənin dediyini qarşı tərəf eşitmirsə, sən yüngül saqqaldan da betər günə düşürsən.Ələ salınırsan, daha sənin zəhmin, hökümün keçmir, qınaq hədəfində olursan, arxanca danışırlar.

  Bu gün Milli Məclisdən tutmuş, lap kiçik dövlət orqanları da ölkənin anayasa qanunlarını əsas tutub ona uyğun yeni-yeni sərancamlar imzalayır,qərarlar çıxarır, qadağalar tətbiq edirlər.Bununla da özlərini yüngül saqqal edirlər. Yəni ki,verdiyi qanunlara,çıxardıqları qərarlara nə özləri əməl edirlər,nə də eləməyə borclu olanlar.Ölkə qanunsuzluq içində çabalayır, xeyir- bərəkət itir.

    Birinci Avropa Oyunları gedən müdətdə hər şey elə gözəl,elə ürək açan idi ki. Qanunlar yağ kimi işləyirdi.Heç vaxt görmədiyimiz qorux- qadağa vardı.Hamı da bundan məmnunluq duyub sevinirdi.Hətta metroda sərinkeşli, təzə qatarda gedən birisinin bu sözlərini eşitdim: "Tanrım,nə yaxşı. Demək bizdə nə vaxtsa insan kimi yaşaya bilərikmiş".O,düz deyirdi.Bu doğurdan da belə idi. Tam 17 gün insanın necə yaşadığının canlı şahidi və iştirakçısı olduq. Nəqliyyatımız nəqliyyat kimi işlədi,səkilərimiz minik maşınlarından xilas oldu, yol polisimiz necə işləmək lazım olduğunu öyrəndi, piyada zolaqlarında sürücülər sürəti azaldıb insan balası kimi piyadalara "buyurun, keçin" dedilər, hətta illərlə bir-birinin ayağının altını eşən, badalaq gələnlər bir- birinə olan kinlərini unudub can bir qəlbdə oldular. Əliəyriliyi,rüşvətxorluğu, kobudluğu ilə camaatı zinhara gətirən məmurlarımız belə, "Avropalılardan ayıbdı, qulaqlarına çatar. gedib ölkələrində bizim haqqımızda danışarlar, millətimiz və dövlətimiz haqqında pis imic yaranar" deyib xalqla mədəni rəftar elədilər.Daha qabaqlardakı kimi." burda mənəm,Bağdatda kor Xəlifə" demədilər.addım başı harda gəldi avtobusları saxlayıb sərnişin düşürüb, mindirən sürücülər belə mədəniləşib,"dayanacaqdan qıraqda avtobus saxlamaq qəti qadağandır" göstərişinə əməl etdilər.

  Bir başlanqıcın, bir sonluğu da olur deyirlər. Nəyalət 17 günlük  oyunların da sonu çatdı və insan kimi yaşamağımız bitdi və bizə 17 gün insanlıq yaşadan Avropalılar vətənlərinə qayıtdılar. Çox heyif ! İmkanımız,gücümüz olmadı onları saxlamağa.

   Nə etməli, biz də 17 günlük insanlığımızdan əbədi adamlığımıza döndük. Axı bizim bu qədər inkişaf etmiş, xariqələr yaradan can Azərbaycanda insan olmanın tələblərinə əməl etmək zor bir iş, amma adam olmağa nə var ki, başını salırsan aşağı və başlayırsan ata- baba qaydasıyla yaşamağa. Şükür ki,özümüzə döndük, özümüz olduq. Deyirəm görəsən həyatda özü olmaqdan gözəl nəsə var? Təbii ki, yoxdur.Özümüz olmağımız mübarək!

   20 Yanvar metrostansiyasından Azərbaycan nəşriyyatına qədər səhv eltmirəmsə ya 8, ya da 9 avtobus dayanacağı var və avtobus sürücüləri də qanunun aliliyini rəhbər tutub avtobusu bu 8-9 dayanacaqda saxlamalıdırlar. Ancaq "qəti qadağandı"a əməl "edən" sürücülər ən azı bu məsafədə 29-30 dəfə avtobusu saxlayıb sərnişin düşürüb, götürürlər.Və burda oluruq adam,yəni özümüz. Aybımıza kor olmayıb yekə-yekədə avtobusun salonunda görməli yerdə belə bir lövhə də asırıq: "Avtobusu dayanacaqdan qıraqda saxlamaq qəti qadağandır!" Bu adamlara insani xatırlatmadı.Bu lövhəni yazan da adamdır, amma yazanda insan olmaq istəyib.Axı biz insan deyilik, adamıq.İnsanlığımız 17 gün çərçivəsində oldu və o çərçivədə də qaldı.

  Taksi fəaliyyəti ilə məşğul olan adamlar zorən 17 gün insan oldular və avtobus dayanacaqlarını zəbt etmədilər.Onları da insan edən yol polisləri idi.Elə düşünmən ki,yol polisləri hər zaman insan olublar.Yox,onlaı da yuxardan 17 günlüyünə insan eləmişdilər.Deyirəm nə yaxşı ki,bu Avropalılar məmləkətimizdə17 il yox, 17 gün qaldılar, yoxsa canımızda,qanımızda  olan tarixi adamlığımızdan çıxıb insan olacaydıq. Qurban olduğum Allah bizim Allahdı, üzümüzə baxdı. Avropalılar məmləkətlərinə döndülər. Bu yerdə urasız keçinmək olmaz, urrrrrrra...

  Qop-qocaman baş kəndimizin əzəli və əbədi meri olan Hacıbala müəllimin göstərişi ilə illər öncə qərar çıxartdı ki, mənim baş kəndimdə küçə alveri olmaz.Amma yüngül saqqallıq elədi və mağazaları səkinin ortasına kimi uzatmağa icazə verdi və səki oldu bir qarış,iki adam yan-yana gedə bilmədi.Bu azmış kimi bu gün yeni bir ticarət növü olan səyyar araba ticarəti meydana gəlib.Qadınlar dəmir arabalarda həmin bir qarış səkilərdə oturub mer-meyvə satırlar, sən də piyada olaraq məcbur olub maşın yoluna çıxırsan. Bu yerdə adam olan satıcı səni insanlıqdan çox rahatca çıxarıb eliyir adam.

  Yazımın sonunda üzümü millətimə tutub deyirəm: Gəlin, yüngül saqqallıq edib insanlıq eləməyək, elə adam olaq.Bizim inkişafımız,firəvanlığımız adamlığımızdan keçir.

               

Məhərrəm Şəmkirli

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam