Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

AKP sözçüsü: -“Problemin həllində Türkiyənin danışıqlar masasında olmasından doğru yol yoxdur”

“Cənab İlham Əliyevin məsələyə bu şəkildə yanaşması diplomatik bazaya söykənən səmimiyyətini sübut etməkdədir”.

Yenixeber.org: Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistin “Azərbaycanla Ermənistan arasında yaşanan savaşa Türkiyənin diplomatik yolla müdaxiləsi mümkün ola bilərmi?” sualını cavablandırarkən deyib.

AKP sözçüsü qeyd edib ki, Türkiyə bu problemin həllinə diplomatik yolla da önəmli dəstək verə biləcək gücə sahibdir: “Türkiyə siyasi baxımdan hər zaman haqlının yanında olduğuna görə, hətta uzaq coğrafiyada olan ölkələrdən belə danışıqlar masasına dəvət edilir. Bu məsələdə də təbii ki, azərbaycanlı qardaşlarımız haqlı olaraq Türkiyədən dəstək gözləyirlər. Bu məsələnin anlamlı bir müstəvidə həllini istəyənlərin Türkiyənin danışıqlar masasında olmasını arzu etməsi lazımdır. Minsk Qrupunun bu formatının dəyişib, dəyişməyəcəyi ilə bağlı bəzi açıqlamalar var. Bu format hər zaman dəyişə bilər. Məsələ müsbət nəticə əldə etməkdir ki, bunun üçün isə Türkiyənin danışıqlar masasında olmasından doğru yol yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam