Trampın verdiyi vaxt başa çatıb

ABŞ prezidenti Donald Tramp noyabrın 21-də telefon danışığı zamanı Venesuela prezidenti Nikolas Maduronun həftənin sonuna qədər ailəsi ilə birlikdə ölkəni tərk etməsini tələb edib.
Yenixeber.org: Bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, Maduro vitse-prezident Delsi Rodrigesə yeni seçkilər ərəfəsində müvəqqəti administrasiyaya rəhbərlik etmək şansı təklif edib.
Tramp 15 dəqiqəlik söhbət zamanı tələblərinin əksəriyyətini rədd edib, lakin Maduro və ailəsinə bir həftəlik təhlükəsiz keçid verməyə razı olub.









AZ
RU