Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

AMERİKA VENESUELADA DÖVLƏT ÇEVRİLİŞİNƏ BAŞLAYIR –Suveren siyasətli dövlət Vaşinqtonun düşmənidir – Araşdırma

Ruslan Xubiyev

regnum.ru, 20.01.2019

 

Yenixeber.org: Yanvarın 10-da prezident Nikolas Maduronun ölkənin dövlət lideri postunda olmasının ikinci müddəti başlanıb. Bunun ardınca ABŞ, Latın Amerikasının 12 ölkəsi və əlbəttə, Kanada bildirib ki, hökumətləri seçkilərin nəticələrini, uyğun olaraq isə Maduronun prezidentliyini  tanımır. Əslində, indiki durum Ağ Evin Venesuelada Ameruikayönlü qiyamçıları hakimiyyətə gətirməkdə  üçüncü cəhdidir. Birincisi 2015-in qışının sonunda Venesuela parlamenti Nikolas Maduronu prezident səlahiyyətlərindən qanunsuz məhrum edərkən baş tutub. İkincisi 2018-də, indiki isə birbaşa indi gəlişir…

 

“Yanlış” quruluşa nifrət

 

Geopolitik nəhənglərin – Amerika və Rusiyanın savaşı 2016-da nisbətən bu ölkəyə də zərbə vurub. Amma 2016-nın yanvar-fevralında xam neftin ümumi ixracatın, haradasa, 26 faizini təşkil etdiyi ölkəmizdən fərqli olaraq Venesuelada ixracatın 96%-i məhz “qara qızıl” təşkil edib. Karakas belə bir zərbəni nəticəsiz yaşaya bilməzdi və ABŞ müxalif əhvalı gərginləşdirmək üçün bu problemlərdən istifadə edib.

Venesuela çağdaş dönəm “sosializmi”nin ulubabası Uqo Çavesin ideya varisləri çavistlərin yönəltdiyi ölkədir. Bu quruluş hasil edilən məhsulun sonradan adamlar arasında ədalətli bölünməsilə dövlətin əlində cəmləşməsini nəzərdə tutur. Nəticə kimi, bu bildirir ki, maraqlarına xeyli dərəcədə ABŞ-ın qulluq göstərdiyi Qərb korporasiyalarının Maduro hakimiyyəti dönəmində dövlətin yeraltı sərvətlərinə əli çata bilmir. Onlar üçün alışdıqları çıxış yolu isə artıq başıbəlalı Liviyada həyata keçirilənlərdir. Əslində, Venesuela rəhbərliyi bir çox baxımdan bu yolu bir də keçir. Səhiyyə, təhsilin maliyyələşdirilməsini öz üzərinə götürür, mal və xidmət istehsalçılarına pul buraxır, dövlət aktivlərini milliləşdirir və özəlləşdirmədən imtina edir.

Boliviya sosializmi vətəndaşları dünyada ən aşağı dəyərli benzinlə təmin edir – 1 sentə. Amma Sovet İttifaqının sonrakı tarixindən bəlli olduğu kimi, ABŞ-ın məhz belə rejimlərlə mübarizə üçün hazır resepti var. Embarqo, sanksiyalar, KİV-lər, QHT-lər və 2015-in sonunda bu ölkəyə qarşı tətbiq edilən başqa sirayətcil tədbirlər tezliklə hər yerdə qıtlığa səbəb oldu. Deməli, Venesuelada vətəndaşlar mənzili, maşını və hətta soyuducunu dövlətdən alırdılarsa, ölkənin dükanlarına fəal şəkildə “cins” və “Qərb saqqızı” atırdılar. Adamlar belə durumda bir qayda olaraq özlərini nanəcib aparırlar və buna görə də əsas ixracat resursunun qiymətinin çöküşü ABŞ-a durumu silkələmək imkanı verdi.

Dövlət büdcəyə qoyulan sosial təminat standartlarını saxlamağa, pul çap etməyə və inflyasiya törətməyə çalışınca Qərb spekulyativ fond oyunları təşkil edərək ölkənin daha çox belini qırırdı. Nəticədə vətəndaşların alıcılıq bacarığı azaldı, ABŞ isə 2016-cı ili elə-belə deyil, dövlət parlamentinə seçkilərə görə seçdiyindən təəccüblü deyil ki, qanunverici qurumun əsas postlarını qıraqdan yönəldilən müxalif xadimlər tutdular. Liberallar artıq 2015-in dekabrına doğru parlamentə tam nəzarət etməyə başladılar, 2016-nın yanvarında isə müxaliflərin lideri “rəngli” inqilabın bütün qaydaları üzrə bildirdi ki, yarımil ərzində Maduronu hakimiyyətdən süpürəcək. “Təəssüf” ki, Venesuela konstitusiyasında impiçment yoluyla prezidenti uzaqlaşdırmaq haqda maddə tapılmadı və bu zaman bütün ölkə üzrə referenduma kurs götürüldü. Bu, Krımdakı “Rusiya” referendumu nəzərə alınsa, bütünlükdə kinayəli görünürdü. Buna baxmayaraq, Ali Məhkəmə toplanan imzaları təsdiq etmədi və prosedur iflasa uğradı. Venesuela lideri ilk diyirlənməyə belə duruş gətirdi və hakimiyyətdən uzaqlaşdırma baş tutmadı.

 

Yeni dönəmdə yeni cəhd

 

2016-cı il Venesuela üçün son dərəcə çətin oldu, amma amerikalıların basqısı düşəndə Maduro iqtisadiyyatda xeyli uğur əldə etməyə nail oldu. Energetik kollaps aradan qaldırıldı, subsidiya siyasətinə yenidən baxıldı və məcburi qənaət tədbirlərinə baxmayaraq, başlıca məsələ gerçəkləşdirildi – ölkənin sosial təminat sistemi saxlandı. Daxildə qiyamçılarla mübarizə üçün özəl güclər yaradıldı, Venesuela isə insanların ehtiyacına böyük məbləğ xərcləməyi davam etdirdi. Büdcənin sosial yatırımlara ayrılan dörddə üçü – özü də Vaşinqton hər gün insan haqlarının tapdandığından danışarkən – Amerikayönlü müxaliflərin standart strategiyasına zərbə oldu. Amma kiçik ölkənin neft hasilatı və satışı üzərində nəzarəti götürmək şansı amerikalıların gücündən yuxarıydı. Özəlliklə də Karakas Kuba və Nikaraqua daxil olmaqla Karib hövzəsi ölkələrinə neft satmaq “həyasızlığına” malik olduğu üçün. Bu, “dost ölkələr”ə yardım adlanır və buna görə də ABŞ-ı son dərəcə hövsələdən çıxarırdı.

Venesuela müxalifəti təmsilçiləri 2017-nin sonunda ABŞ-ın o zamankı milli təhlükəsilik üzrə müşaviriylə yeni, əhatəli görüş keçirdilər. Məsələ yığcam idi – “siyasi problemlərin həllinə” yardım xahişi. Lap elə həmin gün Maduroya qarşı ABŞ-dan şəxsi sanksiyalar gəldi. 2018-in yayında isə ölkə liderini aradan götürmək qət olundu.

Maduro bundan bir ay qabaq sürgündəki ələbaxan “Venesuela Ali Məhkəməsi”nin qərarıyla 18 il üç ay həbsə məhkum edilmişdi. Bu formal “lıeqallaşma”dan sonra isə müxalifət tərəfdən ölkə başçısına sui-qəsd təşkil edildi. Karakasda hərbi paradda çıxış zamanı partladıcı quraşdırılmış pilotsuz dronlar birbaşa onun başı üzərində partladı. Bunda ABŞ-ın əlini görməmək yetərincə çətindir. Yeddidən çox adam yaralandı, amma Maduro və arvadı sağ qaldılar.

Tamamilə mümkündür ki, cütlüyün gərəkən yerdə qəfil yoxluğu sadəcə elə-belə deyil, Ərdoğanla bağlı hadisədəki kimi dost ölkənin xüsusi xidmətlərinin yardımıyla baş tutub. Çevrilişin təşkilinə çoxlu yüksəkməqamlı şəxs – paqonlular və hətta deputatlar qatılıblar. Bir bölümü həbs olundu, bir hissəsi ölkədən qaçdı. Amerika sisteminin yeni basqısı iflasa uğradı, bir neçə aydan sonra isə bütün plan bəlli oldu. Boliviya prezidenti Evo Morales birdən nağıl elədi ki, ABŞ vitse-prezidenti əlini bulaşdırmadan Venesuelaya hərbi müdaxilə hazırlamaqla son 12 ayda Latın Amerikası ölkələrinin səkkiz prezidentiylə görüşüb. Moralesin sözlərinə görə, bu, “gələcək dövlət çevrilişi üçün” baş təməl idi.

ABŞ-ın balaca dövlətə nifrətinin səbəbi üzdə “insan haqlarının pozulması”, Karakasın İranla “dostluğu” və idarəçiliyin diktator formasına keçir. Amma əməldə Venesuelanın OPEK-in bütün ehtiyatlarının 25 %-i sayılan neft tutumu, ABŞ-dan asılılıq və əlbəttə, ÇXR və Rusiya ilə bağlarıdr. ABŞ-ın fikrincə, “Rosneft” “ABŞ sərhədinin yanında” istədiyini edir, Moskva və Pekin isə Karakası “demokratikcəsinə” müflisləşdirməyə “qanunsuz şəkildə” mane olur. Ölkəmizin hərbi idarəsi Venesuelada özünü evdəki kimi hiss edir, bu da artıq Pentaqonu son dərəcə qeyzləndirir. Bu azmış kimi, ABŞ “yalqız” Venesuelanı sıxınca Çin bu Latın Amerikası ölkəsinə bir neçə milyard dollar yatırıb, Moskvanın təkcə silah sazişlərinin dəyəri isə 12 milyard $-ı aşıb. Sadə desək, 2018-in sonuna doğru Vaşinqtonda aydın olub ki, Venesuela heç də yalqız deyil.

Lakin Nikaraqua və Karakas çoxqütblü dünyanın bölgədə son tərəfdaşı kimi qaldığından ABŞ alışdığı prosesi təkrarlamağı qət edib. Və bu dəfə sadəcə öz nüfuzunu bərpa etməyəcək, həm də bütün ölkədə açıq “çubuqlama” təşkil edəcək. Rusiya strateji bombardmançılarının ora uçuşuna ABŞ-ın bu qədər kəskin reaksiyası təsadüf deyil – hələ amerikalıların Rusiya HDQ döyüş gəmilərinə necə əsəbiləşdiyini demirik.

Nikolas Maduro 2019-un 10 yanvarında ikinci dəfə ölkə prezidenti andı içib. Müxalifətin nəzarət etdiyi Milli Assambleya kadensiyanı əlüstü qeyri-legitim elan edib. ABŞ bildirib ki, andiçmə mərasimini tanımır və ölkəyə basqını sürdürəcək, rəsmi Vaşinqton isə dəstəklədiyi neoliberal müxalifətin lıideri Xuan Huaydoya “tam dəstək ifadə edib”. Səciyyəvidir ki, son illərin qəliz iqtisadi durumu fonunda müxalifətin konsolidasiyası belə də baş verməyib, amma ABŞ prosesi işə salan kimi Milli Assambleyanın 35 yaşlı, heç kimin tanımadığı sədri hərfiyyən bir neçə gündə müxalifətin ən tanınan liderinə və ölkənin marginal gücünə çevrilib.

“Qəfil” zühurun intriqası çox çəkməyib – Ağ Ev təmsilçisi 15 yanvarda hər şeyi anladıb. Vaşinqton deyib ki, “demokratik seçilmiş Milli Assambleyanın yeni lideri Huaydonun ölkəni yönəltməyi öz əlinə almağa və konstitusiya səlahiyyətlərini həyata keçirməyə tam hüququ var”. Başqa sözlə, Amerika Milli Assambleyanın başçısını ölkənin legitim prezidenti kimi tanımağın rəsmi ssenarisini nəzərdən keçirir. ABŞ prezidenti müşavirinin sözlərinə görə, bunun üçün də “Amerika sanksiyaları və xarici təzyiqi gücləndirməyi planlaşdırır”.

Huaydo 13 yanvarda Venesuela kəşfiyyatının əməkdaşları tərəfindən həbs olunub və əlüstü yenə də buraxılıb. Sonradan aydınlaşdığı kimi, Maduro müxalifət liderinin həbsi üçün göstəriş verməyib, bütün durum isə Qərbin klassik planını ifadə edib. Lider indi “rejimin qurbanı”na çevrilib və əlüstü bəyanatla çıxış edib ki, Venesuela konstitusiyasının 233, 333 və 350-ci maddələrinə əsasən, hakimiyyət ona verilə bilər. Yeganə şərt dövlət başçısının öz vəzifələrini yerinə yetirməyin mümkünsüzlüyünü boynuna almasıdır, ABŞ da həmin bu “mümkünsüz”ü həyata keçirmək niyyətindədir.

Hazırda məzillənmə yeri Vaşinqton olan “Venesuelanın sürgündəki Ali Məhkəməsi” elə həmin gün Huaydonu prezident səlahiyyətlərini öz üzərinə götürməyə çağırıb. Amerika mətbuatında bir anda “sızma” yayıldı ki, Tramp yeni lideri tanımağa hazırdır.

 

İnqilab, ya da əks-inqilab

 

Təəssüf ki, xalqın geniş sosial təminatı ölkənin yerli əhalisini pozub, Sovet İttifaqının sonrakı sovet adamları kimi lümpenləşdirib. “Rejim”in təmin etdiyi rifah adi fakt kimi qavranmağa başlayıb, amma, bax, ABŞ-ın yaratdığı problemlər və qıtlıq, əksinə, ölkə rəhbərliyinin günahına yazılır. OPEK-Rusiya sazişi nə qədər ki neftin yüksək qiymətlərini saxlayır, ölkədə nisbi sabitlik müşahidə olunur. Amma işlər lap dərinə getdikcə ABŞ-ın sabitsizləşmənin ağırlaşması üzrə planları o qədər aşkarlanır.

“Rejim”in total iblisləşdirilməsinin yayıldığı Qərb KİV-ləri də yeni sanksiyalara fəal hazırlaşır. Bu zaman Kolumbiya parlaq örnək göstərilir. ABŞ-ın “yardımı” sayəsində demokratiyanın qalib gəldiyi ölkə kimi. Bu zaman Britaniya və ABŞ mətbuatını əsla pərt etmir ki, Kolumbiyada hər yerdə vətəndaş savaşı alovlanmır, altı milyon qaçqın isə məhz Venesuelada qurtuluş tapıb.

O biri yandan, kolumbiyalılar küçələrdə acından öldükcə mağazaların rəfləri, doğrudan da, doludur. Dövlətdə heç bir sosial təminat yoxdur, amma kofe plantasiyaları, minerallar, narkotik istehsalı, narkotrafik və bütün iqtisadiyyat ABŞ şirkətləri tərəfindən özəlləşdirilib. Görünür, Amerikanın arşınlarıyla “demokratikliyi” bu da müəyyən edir.

 

Yekun

 

ABŞ üçün Venesuela dövlətini məhv etmək son dərəcə aktual vəzifədir. Çağdaş dünyanın istənilən lideri öz ölkəsi üçün müstəqillik istəyirsə, artıq Amerikanın düşmənidir. Deməli, Venesuelada neoliberallar qalıb gəlsələr, dövlətdə yeni həyat başlanacaq.

İlk bir-iki ildə Karakasın xarici kreditlərə oturma dalğasında həyat heç vaxt olmadığı qədər yaxşı görünəcək, amma “neft sahəsi”, milyonlarla kv.km sosial mənzil və başqa şeylər özəlləşdirilən kimi anqlo-sakson tələ yemi bitəcək, “müxalifətin” gənc nəsli də ölkənin çöküşünün başqa lal şahidləri kimi əsil repressiyaların dadını duyacaq. Vətəndaş münaqişəsini, transmilli şirkətlərin acgözlüyünü, dövlət korrupsiyasını və bu dəfə ölkədə tarif artımlarının törətdiyi növbəti inflyasiyanı.

Maduronun suveren rejimi Rusiya və ÇXR-in yardımıyla dirənişi sürdürəcək. Amma Venesuela müxaliflərinin buna hazır cavabı var. Bu addamlar bunda özəl gözədəyərcəsinə peşəkar, öz suverenliklərini satmaqda isə daha konkretdirlər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam