Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qərb Venesuelanı itirmək istəmir - Maduro 11 ildən sonra yenə sınaqda -ANALİZ

 

Venesuelada prezident seçkilərinin nəticələrinə etirazlar davam edir.

Yenixeber.org: Ölkənin Mərkəz Seçki Komissiyası legitimliyi qismən tanınan, fəaliyyətdə olan Prezident Nikolas Maduronun üçüncü müddətə bu vəzifəyə seçildiyini elan edib. Məlumata görə, o, 51,2 faiz, müxalifətin nümayəndəsi Edmundo Qonsales Urruta 44,2 faiz səs toplayıb.

Komissiyanın sədri Elvis Amoroso nəticələrin “dəyişməyəcəyini” vurğulayaraq səsvermədə seçicilərin 59 faizinin iştirak etdiyini deyib.

“Vente Venezuela” (“İrəli Venesuela”) hərəkatının lideri Mariya Korina Maçado Maduronun rəqibi Edmundo Qolsalesin səslərin 73,4 faizini aldığını və qələbə qazandığını açıqlayıb. Onun sözlərinə görə, çoxsaylı seçkiqabağı sorğuların və səslərin nəticələri Qonsalesin qalib gəldiyini təsdiqləyir.

 

ABŞ-nin dövlət katibi Antoni Blinken Venesuelada keçirilən prezident seçkisi ilə bağlı “ciddi narahatlıq və problemlər”in olduğunu bildirib: “Elan edilmiş nəticələrin Venesuela xalqının iradəsini və səslərini əks etdirməməsi ilə bağlı ciddi narahatlığımız var”.

O bir müddət əvvəl Venesuela hakimiyyətini səsləri “ədalətli və şəffaf” hesablanmağa çağırıb. Dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət ölkədəki hadisələri çox yaxından izləyir və buna uyğun cavab veriləcək.

 

Antoni Blinkenin açıqlaması Maduro hakimiyyətinə özünəməxsus xəbərdarlıq da sayıla bilər. Ötən illərin hadisələri zamanı rəsmi Karakas ABŞ və müttəfiqlərinin sanksiyalarına məruz qalmışdı. Maduro hakimiyyəti 2013 və 2018-ci illərdəki hadisələri təkrarlarsa, yenidən məhdudiyyətlərlə üzləşə bilər.

Bu isə Venesuela iqtisadiyyatının çökməsinə səbəb ola bilər. Hakim Vahid Sosilalistlər Partiyasının namizədi Nikolas Maduro yenidən altı il müddətinə Venesuelaya rəhbərlik etmək istəyir. Latın Amerikasının neft hasil edən ölkəsi hiperinflyasiyaya yuvarlanıb. Venesuela dünyada neft ehtiyatına görə ən yüksək yerdə olsa da, iqtisadiyyatı çökməkdədir. Ölkədə hiperinflyasiya 130 min faizdir. Gündəlik tələbat mallarının qıtlığı yaranıb.

Ölkədən yeddi milyona yaxın sakin qaçıb. Bu isə ölkə əhalisinin hər dörd nəfərindən biri deməkdir. Maduro rejimi müxalifəti və vətəndaş cəmiyyətini repressiv yolla əzir. Bir yandan hakimiyyətin tətbiq etdiyi zorakılıq, o biri tərəfdən isə çoxsaylı iqtisadi-sosial problemlər zəngin neft ölkəsi vətəndaşlarının normal yaşamaq üçün mühacirət etməsinə səbəb olub.

  

Müxalifət Maduronu 2023-cü ildə imzalanmış sazişi imzalamaqda ittiham edir. “Barbadoss razılaşması” adlanan sənəd əsasən, Prezident beynəlxalq müşahidəçilərin iştirakı ilə seçkilərin azad və şəffaf keçiriləcəyi öhdəliyini üzərinə götürüb. Həmin sazişdən sonra ABŞ Venesuelaya tətbiq etdiyi bir sıra sanksiyanı müvəqqəti dayandırıb.

Yeri gəlmişkən, müxalifətin vahid namizədini müəyyənləşdirmək asan olmayıb. Maduronun təyin etdiyi hakim Mariya Korina Maçadonu korrupsiyada ittiham edib. Xanım Maçado bu ittihamları təkzib etsə də, onun dövlət vəzifəsi tutması yasaqlanıb. “Vente Venezuela” hərəkatı sonra professor Korina Yorisin namizədliyini irəli sürüb. Ancaq hakimiyyət onun qeydiyyatını ləğv edib. Bundan sonra hərəkat lideri Maçado Qonsalesin namizədliyini dəstəkləyib.

Belə ehtimal etmək olar ki, seçicilər üçün müxalifətin namizədinin kim olacağı səsverməyə az təsir edib. Onlar bununla Nikolas Maduro hakimiyyətinə münasibətini, onu qəbul etmədiklərini göstəriblər.

Müxalifət lideri Maçado bildirib ki, seçicilərin 2,7 milyonu Maduroya, 6,2 milyonu isə Qonsalesə səs verib.

  

Müxalifət əvvəlki illərdən fərqli olaraq bu dəfə öz mövqeyində daha israrlı olduqlarını bildirib. Qeyd edək ki, Uqo Çavesin hakimiyyəti dövründə vitse-prezident olmuş Nikolas Maduro 2013-cü ildə qalmaqallı etirazlar fonunda prezident olub. Hakimiyyəti dövrü çox çətin olub. 2018-ci il prezident seçkisində də Maduronun çoxsaylı qanun pozuntuları ilə qalib gəldiyi deyilir. Onda da müxalifət uzun müddət etiraz aksiyası keçirdi. Ancaq rəsmi Karakas qərarını dəyişmədi. Venesuela ümidini okeanın bu tayında Rusiya, İran və Çin bağlayıb.

Ölkənin bütün iri şəhərlərində Maduro əleyhinə aksiyalar keçirilir. Onun sələfi Uqo Çavesin portretləri yandırılır, heykəlləri dağıdılır. Məlumatlara görə, aksiyalar nəticəsində iki nəfər ölüb. Latın Amerikası ölkələri Argentina, Qvatemala, Kosta-Rika, Panama, Paraqvay, Peru, Dominikan Respublikası, Uruqvay və Ekvador, habelə ABŞ və Avropa İttifaqı Maduronun qələbəsini elan edən seçkinin nəticələrinin tanımayıb.

  

Beynəlxalq aləmdə ziddiyyətlər və maraqlar Venesuelada da cəmlənib. Maduro və komandası sosialist düşərgəsinin nümayəndəsidir. Onlar qərb dəyərlərinə qarşı çıxır, ABŞ və müttəfiqlərinə qarşı çıxış edir. Uqo Çaves hakimiyyətə gəldikdən sonra əcnəbilərin ölkədəki əmlakını milliləşdirib. Bu prosesi Maduro da davam etdirib. Ancaq bu qarşıdurmada rəsmi Karakasın güvəndiyi blok ölkəni bütün istiqamətdə problemlərdən xilas edə bilməyib.

Beş il əvvəl Çinlə Venesuela arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib. Rusiya baş nazirinin müavini Aleksandr Novak ötən ilin payızında bildirmişdi ki, Venesuela ilə 2023-cü ilin ilk 6 ayında ticarət dövriyyəsi 70 faiz artıb. Ancaq onun konkret rəqəm göstərməməsi iki ölkə arasında ticarət dövriyyəsinin elə böyük rəqəm olmadığını ehtimal etməyə əsas verir.

  

Venesuelanın Avrasiyadakı müttəfiqlərinin vəziyyəti 2013-cü ildəki kimi deyil. İndi onların xərcləri artıb. Rusiyanın Ukraynadan müharibə aparması, İranın Yaxın Şərqdə proksi qüvvələri ilə İsrailə qarşı müharibə aparması, Çinin “boz kardinal” kimi hadisələrə müşahidə edib, korrektələr etməsi Karakasın ümidlərini boşa çıxara bilər. Düzdür, avrasiyalılar Maduronu qalibiyyətinin təsdiqləyən nəticəni tanıya bilər. Ancaq sonrakı mərhələnin Venesuela üçün əvvəlki illərə nisbətə daha ağır keçəcəyi ehtimalı böyükdür. Bu isə ölkədə qarşıdurmanı gücləndirə bilər. Seçkinin gedişindən, müxalifətin prezidentliyə namizədini dəyişməsindən də göründüyü kimi seçicilər “kim gəlir gəlsin, Maduro getsin” prinsipi ilə səsverməyə gedib. Bu isə ondan və hakimiyyətindən kütləvi imtina qənaətinə gəlməyə əsas verir. Amerika qitəsinin imkanlı dövlətlərinin imtina etdiyi Maduro və hakimiyyətini ayaqda tutmaq avrasiyalılara çətin olacaq. Venesuela Latın Amerikasında ABŞ-yə və müttəfiqlərinə nəzarət etmək üçün dayaq məntəqəsi rolunu bu dəfə də itirə bilər.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam