Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ DÖVLƏT KATİBİNDƏN SENSASİON AÇIQLAMA:"MADURO KUBAYA QAÇMAQ İSTƏYİRDİ, RUSLAR QALMAĞI ƏMR ETDİ"

ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, Venesuela diktatoru Nikolas Maduro ötən gün axşam ölkəni tərk edib Kubaya uçmaq istəyirdi, amma Rusiya ona qalmağı əmr edib.

 Yenixeber.org: Pompeo Maduronun təyyarəsinin uçuş-enmə zolağında hazır gözlədiyini deyib.“Maduronun təyyarəsi artıq uçuş zolağında idi, o uçmağa hazırlaşırdı. Və biz belə başa düşürük ki, ruslar ona qalmağı əmr etdilər”-Pompeo bildirib.

Xəbər verildiyi kimi, ötən gün Venesuela ordusunun bəzi bölmələri müxalifətin tərəfinə keçib, Maduroya sadiq təhlükəsizlik qüvvələri ilə toqquşmalar başlayıb və onlarla adam yaralanıb. Özünü müvəqqəti prezident elan etmiş parlament spikeri və müxalifət lideri Xuan Quaydo ötən gün aprelin 30-da elan edib ki, Maduronu devirmək üçün “Azadlıq Əməliyyatı”nın final mərhələsi başlayır. Bu gün Quaydo bütün ölkə boyu kütləvi etirazların başlayacağını bildirib.

ABŞ dövlət katibi dəqiqləşdirib ki, dünən axşam Maduro Havanaya uçmağa hazırlaşırdı. Bununla belə Pompeo ABŞ-ın Maduroya təhlükəsiz şəkildə Kubaya uçmaq imkanı verib-verməyəcəyini dəqiqləşdirməyib. “Maduro başa düşür ki, o həmin təyyarəyə otursa, nə baş verəcək” – o bildirib.

Dövlət katibi ABŞ-ın Venesuelaya hərbi müdaxilə variantının da gündəmdə olduğunu bildirib. Onun sözlərinə görə, əgər Birləşmiş Ştatlar prezidenti hərbi müdaxilə barədə qərar versə, ABŞ ordusu bu tapşırığı yerinə yetirəcək və Venesuelanın silahlanmasında yer alan Rusiya zenit-raket kompleksləri onların planlarına mane ola bilməyəcək.

Pompeo əlavə edib ki, Maduronun bir yolu qalır- ölkəni tərk etmək. “Maduronun ölkəni tərk etməsinin vaxtı çatıb. Kim demokratiyanı və azadlıqları dəstəkləməyə hazırdırsa buna yaxşı hazırlaşmalıdır ki, keçid dövrünün tərkib hissəsi olsun və regiondakı bütün ölkələrlə qarşılıqlı fəaliyyətə başlasın”-o deyib.

ABŞ dövlət katibi Maduronu “təyyarəni işə salmağa” çağırıb,  deyib ki, o və onu müdafiə edənlər üçün “qiymət daha da artacaq”.

Lakin Venesuelanın xarici işlər naziri Xorxe Arreasa elan edib ki, Maduronun ölkədən qaçmaq niyyəti yox idi. “Feyk xəbərlər uydurmaq ABŞ-ın dəstəklədiyi çevrilişin bir daha iflasa uğramasını etiraf etməyin çox miskin yoludur”-o bildirib.

Maduro özü də dünənki hadisələrdən sonra ilk dəfə mətbuat konfransı keçirib və hərbi qiyam cəhdinin qarşısının alındığını elan edib. O, “Venesuelanı zorakılığa bürümək istəyən kiçik qrupun darmadağın edilməsi” münasibətilə ordu rəhbərliyinə təbriklərini çatdırıb. Deyib ki, bu hadisələrdə Xuan Quaydonun rolunu araşdırmaq üçün baş prokurora tapşırıq verib . Maduronun bildirdiyinə görə, hadisələr zamaı 5 hərbçi yaralanıb və onlardan 2-i ağır vəziyyətdədir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam