Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçib -FOTOLAR

Sərfəli təklifləri ilə seçilən mobil operator Nar ölkədə peşəkar kadr hazırlığı məqsədilə növbəti layihəsini həyata keçirib. On ildən çoxdur ki, davam edən tərəfdaşlıq çərçivəsində Nar Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün karyera planlaşdırılması təlimi təşkil edib.

Yenixeber.org: Təlim zamanı AzTU tələbələri ilə birgə mobil rabitə sektorunda karyera imkanları, gənc kadrlar üçün əsas tələblər və sürətlə dəyişən rəqəmsal mühitə uyğunlaşma yolları müzakirə olunub. Proqram çərçivəsində iştirakçılar tərcümeyi-hal (CV) tərtibatı, motivasiya məktublarının hazırlanması və işgüzar müsahibələr üzrə biliklər əldə ediblər. Həmçinin, Nar nümayəndələri iş mühitində effektiv ünsiyyət, nəticəyə fokuslanma, məsuliyyətli yanaşma və komanda ilə işləmək kimi peşəkar keyfiyyətlərin əhəmiyyəti barədə tələbələrlə öz təcrübələrini bölüşüblər.

İnteraktiv formatda təşkil olunan təlimdə tələbələrin telekommunikasiya sahəsinə, mobil operatorun daxili proseslərinə və təcrübə proqramlarına dair sualları cavablandırılıb. Sonda iştirakçılara təlimdə iştiraklarını təsdiq edən Nar tərəfindən sertifikatlar təqdim edilib. Təlim zamanı xüsusi fərqlənən tələbələr Nar tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam