Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

“Gənclərin Sahibkarlıq Modeli” layihəsinin daha bir təlimi keçirilib....Nərimanov rayonunda - FOTOLAR

“Gənclərin Sahibkarlıq Modeli” layihəsinin daha bir təlimi keçirilib....

“Gənclərin Sahibkarlıq Modeli” layihəsinin daha bir təlimi keçirilib....

Yenixeber.org: 01 dekabr 2017-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin daha bir təlimi keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov və 65 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərə sahibkarlıq fəaliyyəti və onun yaradılması yolları mövzusunda, onlara işə qəbul etmə əməliyyatı, firmanın idarə edilməsi, marketinqin əsasları, komersiya fəaliyyəti, mühasibat uçotu, kreditin alınması, vergilər anlayışı, biznesin planlaşdırılması, işgüzar ünsiyyət və işgüzar danışıqların aparılması və reklam işinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hansı sənədlərin lazım olduğunu və ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi-normativ sənədlərlə onlara hansı şəraitin yaradılması istiqamətlərində, beynəlxalq təcrübə ilə inkişaf etmiş ölkə sahibkarlarının təcrübələri haqqında gənclərə geniş informasiya verməkdir. R.Rzayeva çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu gənclər siyasətinin həyata keçirildiyini, yüksək intellektual biliyə və bacarıqlara malik Azərbaycan gəncliyinin formalaşdığını vurğulamışdır.

Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, Azərbaycan gəncliyi müasir peşələr,onlara təlabat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşə yönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması bəndinə əsasən gənclərin işsizlik problemlərin aradan qaldırılmasına kömək məqsədi ilə gəncləri əhatə edəcək maarifləndirici proqram təşkilidir. Dünya təcrübəsi sübut edir ki, yeni iş yerlərinin yaradılması əsasən kiçik və orta biznesin inkişaf etdirilməsi nəticəsində baş verir. Belə bir reallığı nəzərə alsaq ki, bazar iqtisadiyyatı şəraitində rəsmi ödənilən məşğulluq get-gedə azalır, o zaman gənclərin kiçik sahibkarlıq, özünüməşğulluq imkanlarının artırılması cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov çıxış edərək bildirmişdir ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. R.Nəcəfov qeyd etdi ki, sahibkarlıq həm hüquqi, həm fiziki şəxs vasitəsi ilə həyata keçirilə bilər. Hər iki halda müvafiq tələblər yerinə yetirilməlidir.

Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam