Redaktor seçimi
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

Levon Ter -Petrosyan Köçəryan və Sarqsyanla blok yaratmayacaq

 

Levon Ter-Petrosyanın lideri olduğu "Erməni Milli Konqresi" keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın siyasi qüvvələri ilə blok yaratmaq niyyətində deyil.

Yenixeber.org xəbər verir ki, bu barədə partiya sədrinin müavini Levon Zurabyan Baş nazir Nikol Paşinyanın impiçmenti mövzusunda keçirilən dinləmələr zamanı bildirib.

O, "Ermənistan" və "Şərəfim var" blokları ilə birləşməyə hazır olmadığını "Milli böhran və idarəetmənin iflası haqqında" bəyanatın qəbulu ilə bağlı keçirilən dinləmələrdə deyib.

Daha əvvəl Ermənistanın keçmiş hakim Respublika Partiyası (parlamentdə "Şərəfim var" fraksiyası ilə təmsil olunur) Paşinyana qarşı etimadsızlıq votumu prosesini başlatmaq planları barədə bildirərək Masis şəhərinin meri David Ambartsumyanı namizəd kimi təqdim etmişdi.

İmpiçment prosedurunu başlatmaq üçün 36 deputatın imzası, uğurlu səsvermə üçün isə 107 səsdən minimum 54 səs tələb olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam