Ukraynanın itkiləri yeniləndi -STATİSTİKA
Rusiya müharibənin 1296-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 666 təyyarəsi, 283 helikopteri, 83 066 PUA-sı, 628 zenit-raket kompleksi, 25 047 tank və digər zirehli texnikası, 1 591 reaktiv yaylım atəş sistemi, 29 471 artilleriya və minaatanı, 41 520 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.