Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

Parlamentdə ictimai birliklər və dini abidələrlə bağlı dinləmə keçiriləcək

 

Milli Məclisdə ictimai birliklərin və dini abidələrin mövcud durumu ilə bağlı ictimai müzakirələr keçiriləcək.

Yenixeber.org xəbər verir ki, bununla bağlı müvafiq məsələlər parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci il payız sessiyası üzrə iş planına daxil edilib.

İş planında həmçinin işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının müvafiq komitələrlə birgə ictimai müzakirəsi də yer alıb. 

Bununla bərabər, İctimai birliklər və dini qurumlar komitəsi payız sessiyasında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, digər dini konfessiyaların (o cümlədən Azərbaycandakı Dağ Yəhudiləri İcması, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakıdakı Avropa Yəhudiləri İcması və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının) rəhbərliyi ilə görüş keçirilməsi də nəzərdə tutulub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam