Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

EYNİ ŞƏHƏRDƏ 3 FƏRQLİ MƏBƏD... –Azərbaycanda müxtəlif dini icmalar necə bir arada yaşaya bilir?

Yenixeber.org: Belə ki, danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un sədri Rasmus Palu Türkiyənin Stokholmdakı səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabı hesab olunan “Qurani-Kərim”i yandırmış və onun bu çirkin əməli İslam dünyasının böyük narazılığna səbəb olmuşdu.

Bu gün əminliklə deyə bilərik ki, dini dözümsüzlüyün, radikallığın artdığı bir vaxtda Azərbaycan bütün dünyaya nümunədir. Çünki uzun illərdir müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları Azərbaycanda rahat şəkildə yaşaya bilirlər. Ona görə də Azərbaycana irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi hallar həmişə yad olub. Bu gün Bakı şəhərində bir-birinə yaxın yerləşən məscid, kilsə və sinoqoq görmək, eyni anda həm azan, həm də kilsə zəngini eşitmək mümkündür. Bu, ölkəmizə səfər edən xarici turistlərdə təəccüb doğrusa da, bizim üçün adi bir haldır...

Azərbaycanda müsəlmanların Ramazan ayında təşkil etdiyi iftar məclislərində xristianların, yəhudilərin və digər dini icmaların nümayəndələrinin iştirakı, o cümlədən Məhərrəm ayında keçirilən qanvermə aksiyasına fərqli dini konfessiyaların rəhbərlərinin qoşulması da əsl tolerantlıq nümunələrindəndir.

Ölkə qanunlarında qeyd olunur ki, hər bir vətəndaş dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa görə, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Lakin dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir.

Həmçinin insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Eləcə də, dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyətlər də yolverilməz hesab olunur.

Azərbayacanda hansı dini icmalar mövcuddur?

Qeyd edək ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. 4 faiz əhali qeyri-müsəlman olsa da, islamın tələb etdiyi tolerantlıqla yaşayan vətəndaşlarımız hər kəsə eyni mövqedən yanaşırlar.

Hazırda ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestanlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ci gün adventistləri, Molokan ruhani xristianları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan olan krişnaçılar, bəhalər və digər dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahatlıqla yerinə yetirirlər.


Ölkə üzrə qeydiyyatdan keçən 970 dini qurumdan 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Azərbaycanda 2253 məscid, 16 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir.

Həmçinin ölkəmizdə onlarla qeyri-İslam təmayüllü məbədlər fəaliyyət göstərir. Hətta xüsusi olaraq Qubada yəhudilərə məxsus olan Qırmızı Qəsəbəni də qeyd etmək lazımdır. Qeyd edək ki, Qubadakı Qırmızı Qəsəbə təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.

Tolerantlığın inkişafına dövlət dəstəyi

Ölkə başçısı respublikada fəaliyyət göstərən bütün dini konfessiyaların bayramlarında və əlamətdar günlərində müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər ünvanlayır, bayram günlərində onlara öz təbriklərini çatdırır. 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü Azərbaycanda da böyük təntənə ilə qeyd olunur, həmin gün ölkə başçısı müxtəlif dini icmaların liderləri ilə görüş keçirir.

Bundan əlavə, ölkə başçısının fərmanı əsasında dini qurumların hər birinə maliyyə yardımı göstəririlir. Məlumat üçün qeyd edək ki, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat vəsait ayrılıb.

Sonda qeyd etmək istərdik ki, bütün dünyada dini ekstremizmin artdığını nəzərə alaraq, hər birimiz Azərbaycan xalqının gələcəyi üçün tarixi tolerantlıq ənənələrimizi təbliğ etməli, qoruyub saxlamalı, həm də möhkəmləndirməliyik. “Azpolitika”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanmışdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam