İraqda Türkiyə sərhədi yaxınlığındakı neft yataqlarına yenidən zərbə endirilib
İraqın şimalında “Tauke” neft yatağına növbəti dəfə pilotsuz təyyarə (PUA) hücumu həyata keçirilib.
Yenixber.org xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat yayıb.
Türkiyə ilə sərhəddə Zaho bölgəsində (İraq Kürdüstanı) “Tauke” və “Peşkabur” neft yataqlarını istismar edən Norveçin DNO şirkətinin müvəqqəti olaraq hasilatı dayandırdığı bildirilir.
Enerji sektoru nümayəndələrinin sözlərinə görə, bu həftə PUA hücumları yataqlarda neft hasilatının gündə 140-150 min barel azalmasına səbəb olub.
Xatırladaq ki, İraq Kürdüstanındakı neft yataqları bazar ertəsindən PUA hücumlarına məruz qalıb. Heç bir qruplaşma hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib.