Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Azərbaycan Ukraynaya indiyədək 42 milyon ABŞ dolları dəyərində yardım göstərib

 

Azərbaycan Ukraynaya indiyədək 42 milyon ABŞ dolları dəyərində yardım göstərib.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin nazir müavini Yalçın Rəfiyevin Ukrayna Bərpa Konfransında iştirakına dair məlumatında qeyd olunub.

Bildirilib ki, davam edən böhranın ciddi humanitar nəticələrinin dərin təəssüf doğurur:

"Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biridir, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərilib".

Həmçinin qeyd olunub ki, Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün Azərbaycanın həyata keçirdiyi tibbi və sosial-psixoloji reabilitasiya proqramından faydalanmış uşaqların sayı ötən ilki Bərpa Konfransından bu günədək iki dəfə artırılıb və ümumilikdə 330 uşaq sözügedən proqramda iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam