Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Hakan Fidan Ukrayna üzrə sülh prosesindən danışdı:“Ankara Kiyevdən yekun qərar gözləyir”

ankara-kiyevden-yekun-qerar-gozleyir

“Ankara Kiyevdən Ukrayna üzrə sülh danışıqlarının növbəti raundunun vaxtı ilə bağlı yekun qərar verməsini gözləyir”.

Yenixeber.org: Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Braziliyada keçirilən BRİCS sammitində iştirakdan sonra “TRT Haber” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya artıq İstanbulda keçirilməsi planlaşdırılan danışıqların üçüncü raundunda iştirak etməyə hazır olduğunu təsdiqləyib: “Hazırda biz Ukrayna tərəfdən cavab gözləyirik”.

Fidan qeyd edib ki, Türkiyə də nizamlanma məsələsi ilə bağlı liderlərin görüşünə ev sahibliyi etməyə hazırdır: “Bizim ərazimizdə sammitin təşkili ilə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların birinci raundu fevralın 28-i, ikincisi isə iyunun 2-si baş tutub. Rəsmi Moskva iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam