Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat BAŞLAYIB

 

"Azərbaycan Rusiyanın informasiya kəşfiyyatına qarşı açıq mövqe sərgiləyir. "Sputnik Azərbaycan"da çalışan iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əlaqəli olduğu iddiası və onların saxlanılması, Bakının artıq ölkə daxilində Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsinə keçdiyini göstərir. Çox ciddi hadisədir".

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O deyib ki, bu hadisəni, xarici ölkənin media əməkdaşlarının saxlanılması kimi dəyərləndirmək doğru olmazdı.

"Bu, həm də hibrid savaş aləti kimi istifadə edilən informasiya kanallarına qarşı yönəlmiş strateji bir cavab addımı kimi görünür.

Ehtimal olunur ki, həmin şəxslər Azərbaycanda ictimai rəyə təsir göstərmək, siyasi proseslərə yön vermək və ya daxili sabitliyi pozmaq məqsədilə informasiya əməliyyatları həyata keçirmək üzrə təlimatlandırılıblar.

Bu həm də beynəlxalq ictimaiyyətə yönəlik bir mesajdır ki, xarici ölkənin kəşfiyyatına qarşı addımlar atılıb", - deyə O.Gündüz qeyd edib. 

Onun sözlərinə görə, hadisə, həmçinin, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginliyin hədsiz yüksək olmasını göstərir:

"Xüsusilə də, regional geosiyasi dəyişikliklər fonunda Bakı öz informasiya təhlükəsizliyi və suverenliyini daha sərt şəkildə qorumağa başlayıb.

Görünən odur ki, təyyarəmizin Rusiya tərəfindən vurulmasından, həmçinin soydaşlarımıza qarşı aparılan qətllərdən və zorakalıqlardan sonra Rusiya Azərbaycan münasibətləri yeni mərhələyə daxil olub.

Düşünürəm ki, Azərbaycanın öz milli informasiya məkanını qoruması və xarici kəşfiyyata qarşı mübarizə istiqamətindəki addımları təqdirəlayiqdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam