Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı

Ermənistanda ehtiyatda olan hərbçilərin təlimi keçirləcək.
Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, təlim-məşq toplanışı 2025-ci il avqustun 12-dən oktyabrın 3-dək keçiriləcək.
Təlimlər ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının artırılması, peşə hazırlığının və təhsilinin artırılması, ali təhsilli gizirlər sırasından ehtiyatda olan zabitlərin hazırlanması və onların döyüş xidmətinə cəlb edilməsi məqsədilə elan edilib.