Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ərdoğan: Qarabağın azad edilməsi regionda yeni səhifə açıb

 

Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni səhifə açıb.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.

O, həmçinin vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.

Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir. “Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib”, - o vurğulayıb.

Siyasətçi qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam