Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Naxçıvana yol verməyə hazırıq, bir şərtlə ki... -Nikol Paşinyan

 

Azərbaycanın ən çox israr etdiyi məsələ regional kommunikasiyalar məsələsidir. Amma Ermənistanın birtərəfli öhdəliyi yoxdur. Hər iki tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmağı öhdəsinə götürüb.
Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasındakı  kommunikasiyalar haqqında yazdığı məqaləsində bildirib.

Paşinyan bir daha vurğulayıb ki, Ermənistan ərazisindən keçənm kommunikasiyalara nəzarət heç bir halda başqa ölkəyə həvalə oluna və ya verilə bilməz.

“Ermənistan tranzit təhlükəsizliyini təmin etmək öhdəliyini üzərinə götürüb və biz bunu etməyə hazırıq”, - Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan indiki mərhələdə Zəngilan-Meğri-Ordubad və əks istiqamətdə dəmir yolu ilə yükdaşımaların açılmasını təklif edib.
“Eyni zamanda, biz yazılı şəkildə heç bir tərəfin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə xələl gətirməyən variant təklif etmişik. Əgər Bakının narahatlığı Naxçıvana və Naxçıvandan əks istiqamətdə yüklərin etibarlı daşınmasını təmin etməkdirsə, deməli, bu məsələ öz həllini tapıb. Bircə Azərbaycanın “hə” deməsi qalır”.

Paşinyan bildirib ki, eyni prinsip əsasında Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırdılar.

“Azərbaycan bildirir ki, Ermənistan Naxçıvana yol verməsə, İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycanın qərb rayonları ilə Naxçıvan əlaqəsini təmin edəcəklər... Aydınlıq üçün onu da bildiririk ki, Ermənistan Respublikası da İranın təklif etdiyi eyni hüquqi şərtlərlə tranzitini təmin etməyə hazırdır. İrandan tranzit üçün hər hansı maneə varmı? Axı biz də İranla eyni hüquqi şərtlərlə eyni tranziti təmin etməyə hazır olduğumuzu deyirik. Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz tranzit prosedurlarının bəzi sadələşdirilməsinə və avtomatlaşdırılmış mexanizmlərin tətbiqinə razılıq verməyə hazırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam