Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Dünya Bankı: Bu il Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 12%-ə yaxın olacaq

 

Dünya Bankı (DB) Azərbaycanla bağlı bir sıra makroiqtisadi proqnozlarını açıqlayıb.

Yenixeber.org xəbər verir ki, Bank Azərbaycanda tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisitinin növbəti 5 ildə azalacağını proqnozlaşdırıb.


2025-ci il üzrə CƏH-in profisiti ÜDM-in 11,6%-i həcmində, 2026-cı ildə 5,4%, 2027-ci ildə isə 3,8% proqnozlaşdırılıb. Dünya Bankı hesab edir ki, CƏH-in profisiti 2028-ci ildə 3,6%-ə, 2029-cü ildə isə 3,4%-ə qədər enəcək.

Bankın analitikləri 2025- 2026-cı illərdə Azərbaycanda 2,4%, 2027-ci ildə 2,3%, 2028-2029-cü illərdə isə 2,2% iqtisadi artım proqnozlaşdırıb. Bankın inflyasiya proqnozu isə 2025-2026-cı illər üzrə 2,3%, 2027-ci ildə 2,2%, 2028-2029-cü illərdə isə 2% təşkil edib.

Dünya Bankı, həmçinin qarşıdakı beş ildə ölkəyə xalis birbaşa xarici investisiyaların (BXİ) azalacağını proqnozlaşdırıb. Bank bu investisiyaların 2025 və 2026-cı ildə ÜDM-in 0,9%-i həcmində, 2027-ci ildə 0,8%, 2028-ci ildə 0,7%, 2029-cü ildə isə 0,6% azalacağını müəyyən edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam