Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

KİV: HƏMAS girovları azad etməkdən imtina edərsə, İsrail hərbi əməliyyatları bərpa edəcək

 

Fələstinin HƏMAS hərəkatı atəşkəs razılaşmasının birinci mərhələsini uzatmaqdan və bütün girovları azad etməkdən imtina edərsə, İsrail son çarə kimi Qəzza zolağında döyüşləri bərpa etməyi planlaşdırır.

Yenixeber.org xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Bildirilib ki, İsrail tərəfi bölgəyə humanitar yardımın daxil edilməsi ilə yanaşı HƏMAS-a qarşı təzyiqləri mərhələli şəkildə artırmaq niyyətindədir. İsrail bundan sonra Qəzza əhalisinin şimaldan cənuba təxliyə ediləcəyini elan edə və lazım gələrsə, anklava elektrik enerjisinin verilməsini tamamilə kəsə bilər.

“Kan” qeyd edib ki, sonuncu planlaşdırılan tədbir ABŞ tərəfindən təchiz edilmiş daha ağır silahlardan istifadə etməklə döyüş əməliyyatlarına qayıtmaqdır.

Yanvarın ortalarında İsrail və HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəlmişdilər. Müqavilənin icrasının birinci mərhələsi 42 gün ərzində tamamlanıb, zolaqdan 33 girov İsrailə qaytarılıb. Bunun müqabilində yəhudi dövləti 1 500-dən çox fələstinlini həbsdən azad edib, onlardan bəziləri Fələstin ərazilərindən qovulub.

Daha sonra, martın 2-də İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağına humanitar yardımın çatdırılmasının dayandırıldığını və bütün keçid məntəqələrinin bağlandığını elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam