NATO fəaliyyətini dayandıra bilər - SƏBƏB
“Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) hazırkı formada ABŞ və onun avropalı üzvləri arasında Ukraynaya dəstək məsələsində fikir ayrılıqları səbəbindən fəaliyyətini dayandıra bilər”.
Yenixeber.org: Bu fikri Avropadakı Müttəfiq Qüvvələrin keçmiş Ali Baş Komandanı, admiral Ceyms Stavridis bildirib.
“Ola bilsin ki, biz NATO-nun sonunun və Avropa Müqaviləsi Təşkilatı adlandırıla biləcək təşkilatın başlanğıcının şahidi oluruq”, - deyə o bildirib.
Stavridis qeyd edib ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin epik ölçülərdə geosiyasi səhvə çevrilmiş Kiyevə hərbi yardımı davam etdirmək istəmədiyini açıq şəkildə bildirib: “İndi Avropa üçün yaşıl işıq yanır və onlar addım atmalı və bununla davam etməli olacaqlar”.
O, hesab edir ki, ABŞ-nin Ukraynaya münasibətdə davranışı, eləcə də Vaşinqtonun müdafiə xərclərini artırmaq üçün avropalı müttəfiqlərinə təzyiqi alyansın ürəyinə zərbə vurur və NATO daxilində qarşılıqlı etimad məsələsini gündəmə gətirir.