Rusiya Gümrüyə yeni Baş konsul təyin etdi
Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib.
Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, bu vəzifəyə İqor Titov təyin edilib.
O, 2024-2025-ci illərdə Rusiyanın Qafanda Baş Konsulluğunun açılması üzrə qrupun rəhbəri olub.
Qeyd edək ki, Rusiyanın Gümrüdəki bundan əvvəlki Baş konsulu Ruslan Kanduarov 2024-cü ilin noyabrında vəfat edib.