Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

İki Nüvə Dövlətinin Adaya Görə Toqquşması Mümkündürmü? -ŞƏRH

ABŞ-ın keçmiş yüksək rütbəli müdafiə rəsmisi, təqaüddə olan general və ölkəsinin Sakit Okean ordusunun keçmiş komandanı Çarlz Flinn Konqres üzvlərini xəbərdar edib ki, Tayvan boğazında gərginliyin artması fonunda Çinin Tayvana hücumu “artıq uzaq deyil”. O Çinin hərbi əməliyyat həyata keçirmək üçün bütün imkanlara malik olduğunu bildirib.

Yenixeber.org: Amerikalı generalın narahatlığı ondan irəli gəlir ki, Çin lideri Si Cinpin Tayvan mövzusunda qətiyyət nümayiş etdirir. Pekinin Tayvan adasını 2027-ci ilə qədər Çinə birləşdirilməsi barədə planının olduğu bildirilir. Buna görə də Nümayəndələr Palatasında bu mövzuyla bağlı dinləmələrin sayı artıb. Çarlz Flinn son dinləmələrdə çıxış edərkən, fəaliyyəti dövründəki təcrübəsindən çıxış edib.  Dinləmələrdə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının əməliyyatlar üzrə keçmiş direktoru Mark Montqomeri və 2024-2025-ci illərdə dövlət katibinin müavini olmuş Kurt Kempbell də ifadə veriblər. Çarlz Flinn dinləmələrdəki çıxışında Çinin Tayvanı necə nəzarətə götürəcəyinin mümkün ssenarisini proqnozlaşdırıb. Onun fikrincə, Çin dəniz qüvvələri sürətli amfibiyalar vasitəsilə adaya desant çıxaracaqlar. Çin qüvvələri Tayvan sahillərinə çatdıqdan həmin mövqelərdə güclənəcək və sonra adanın şəhərlərinə doğru irəliləyəcəklər.

ABŞ-ın keçmiş hərbçilərinin və diplomatlarının dinləmələrdəki çıxışı hazırki administrasiyaya xəbərdarlıq mahiyyəti daşıyır. Onlar keçmiş administrasiyanın üzvləri kimi ABŞ Prezidenti Donald Tramp və onun hökumət üzvlərinin Tayvan məsələsinə diqqəti artırmalarını tövsiyyə edirlər. Halbuki, Ağ Evin hazırki administrasiyası bu gün daha çox Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq və İranla məşğuldur. Buna rəğmən, keçmiş dövlət katibinin müavini Kurt Kempbell Tayvanın gələcəyinin Amerikanın gələcəyi ilə dərin bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə təhlükəsiz Tayvan ABŞ-ın strateji maraqlarına uyğundur. Kempbell hesab edir ki, ABŞ hökuməti və Konqresi Tayvandakı həmkarları ilə əlaqəni daha da dərinləşdirməlidirlər.

Buna baxmayaraq, Çinin Tayvanı nəzarətə götürmək həmləsi qarşısında Vaşinqtonun hansı addımlar atacağı sual altındadır. ABŞ Tayvanın müdafiəsi naminə nüvə dövləti olan Çinlə hərbi qarşdurmaya gedəcəkmi?  Donald Tramp müharibələrdə maraqlı deyil. Digər tərəfdən Tramp Çinlə yeni ticarət sazişi imzalamaq istəyir. Ancaq Tayvan ətrafındakı gərginlik iki ölkə arasındakı münasibətləri yenidən gərginləşdirəcək.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam