Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT

 
Son zamanlar 216 saylı məktəblə əlaqədar gələn şikayət nəzərə alınaraq həmin məktəbin müəllimləri ilə əlaqə saxladıq. Paylaşılan məlumatların doğruluğunu müəyyənləşdirmək üçün məktəbin müəllimləri ilə müsahibə aparıldı. Həmin müsahibəni ictimaiyyətə təqdim edirik.
Yenixeber.org: Qeyd edək ki, Ramiz Qasımov adına 216 saylı tam orta məktəbin hazırda direktoru Çinarə Cəbrayılova 5 aydır ki, həmin məktəbdə müvəqqəti olaraq direktor səlahiyyətlərini icra edir.
Xatırlatmaq istəyirik ki, Sədaqət Babayeva 5 iyun 2025-ci il tarixində ATV-yə əsassız faktlarla müsahibə vermişdir. Həmin müsahibədə dərs saatının satıldığını, məktəbin icarəyə verildiyini, invertar çatışmazlıqlarını vurğalamışdır. Halbuki bunların hər biri əsassızdır. Yanvar ayından etibarən təyin olunan bir direktor axı necə dərs bölgüsü apara bilər? Biz bildirmək istəyirik ki, yanvar ayından etibarən bütün qanunsuzluqlara son qoyulub. Bəli, məktəbdə idman dərsləri keçirilir, amma bütün dərslər qanuniləşdirilmişdir, müəllimlər dövlətə vergi ödəyir. Hətta, məktəbdə fəaliyyət göstərən qanunsuz rəqs dərsləri tamamilə ləğv olundu.
Bu müsahibədən 4 gün sonra Çinarə xanımın ailəsində ağır itki baş verdi. Bununla bağlı olaraq, müəllimlər və texniki işçilər 12 iyun tarixində başsağlığı vermək məqsədilə ( iş vaxtında deyil- müəllimlər 13:00-dan sonra, texniki işçilər isə nahar fasiləsində) mərasim evinə getdilər.
Buna baxmayaraq yenə də Sədaqət müəllim öz niyyətlərindən əl çəkmədi. Hamının guya iş vaxtında iş yerini tərk etməsilə bağlı məktəbə polis çağırmış, ictimai asayişi pozmuşdur. Məktəbə gələn polis həqiqətən baş verən hadisənin əsassız olduğunu təsdiqləmişdir. Hətta qeyd edək ki, texniki işçilər və müəllimlər gedərkən onları videoya çəkmiş , sonra isə Fecebook platformasında şəxslərin icazəsi olmadan paylaşmışdır.
Bundan əlavə, nəinki müəllimlərin özləri ilə prinsip aparır, hətta onların ailə üvzlərinin də adlarını hallandırır. “Sənin ərin”, “sənin qayınanan, qayınatan” və s. kimi müraciətlər müəllimləri çox narahat edir, “Müəllimin etik davranış qaydaları”na əməl edərək ona bir söz demirlər.
Qeyd edək ki, müəllim Sədaqət Babayeva ilboyu dəfələrlə bülletenə çıxaraq tədris prosesindən yayınmışdır, bu isə valideynlərin narazılığa səbəb olmuşdur.
Müəllimlərin müsahibəsinə əsasən digər məsələləri də nəzərinizə çatdırmaq istəyirik:

1. Sədaqət müəllim sertifikasiya imtahanın birinci cəhdindən 23 bal toplayaraq kəsilmiş və ikinci dəfə də kəsiləcəyini güman etdiyindən özünə çıxış yolu kimi bunu məktəbin üzərinə ataraq adını təmizə çıxarmaq istəyir;

2. Müəllimlər Sədaqət müəllimin davamlı məzuniyyətdə olduğunu, dərsə gecikdiyini, hətta jurnallarda ciddi nöqsanlar buraxdığını, KSQ, BSQ sənədləri ilə düzgün şəkildə işləməməsini bildirir, habelə, fotofakt və səsyazı ilə sübuta çatdırırlar.

3. Sədaqət müəllimin davamlı ailə, kişi söhbəti etdiyini və davamlı şantaj, hədə-qorxu ilə məşğul olduğunu həmçinin müəllimlərə ağıza alınmayacaq sözlər dediyini dilə gətirirlər, bunu demək olar ki, bütün işçilər təsdiqləyir.

4. Yeni rəhbərin 9-11-ci sinifləri məktəbə cəlb etməsi, məktəbdə müəllimin mədəni davranış etik qaydasına uyğun geyim formasını təmin etməsi, məktəbə şagirdlərin rahat gəlməsi üçün marşurut xəttinin çəkilməsi təşəbbüsü, məktəbdə davamlı masterklass və təlimlər keçirməsi və bu kimi digər məsələlər müəllimlər, valideynlər və şagirdlər tərəfindən alqışlanmışdır. Bütün bunlara rəğmən, müəllim Sədaqət Babayeva yenə də öz əsassız müsahibələrindən, paylaşımlarından əl çəkmir.

Məktəbin işçilərinin İcra Hakimiyyətinə getməsi də Sədaqət müəllimi çox narahat edir. Halbuki, həmin gün İcra Hakimiyyətində Qala sakinləri ilə görüş keçirildiyindən mütləq ki məktəbdən də kimlərsə çıxış edərək Xəzər rayonu barədə təkliflərini irəli sürməli idilər. Bunun da qanun pozuntusu olduğunu dilə gətirərək İcra Hakimiyyətinə gedən işçiləri təhdid edir.

Ən sonda qeyd etmək istərdik ki, şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin bu cür mənfi məsələlərdə adının dəfələrlə hallanması şəhidin ailəsini də narahat edir.

Müəllimlər qəti şəkildə vurğulayırlar ki, adıçəkilən müəllimin iddiaları həqiqəti əks etdirmir və bu kimi davranışlar iş mühitinə ciddi zərər vurur.

Müvafiq araşdırmanın aparılmasını və tədbir görülməsini sizdən xahiş edirik.

216 saylı məktəbdə nələr baş verir? Danışılanlar həqiqəti əks etdirmir!
216 saylı məktəbdə nələr baş verir? Danışılanlar həqiqəti əks etdirmir!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam