Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi keçirilib

 

Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi olub.

Yenixeber.org xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirli, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilər iştirak ediblər.

Qonaqlar Mərkəzlə tanış olub, yeniyetmə boksçuların məşqlərini və döyüşlərini izləyiblər. Gənclər və idman naziri Fərid Qayıbovla ABF-in vitse-prezidenti Vüsal Nəsirli müvafiq tövsiyə və tapşırıqlarını veriblər.

Mərkəz ABF tərəfindən müasir tələblərə cavab verən lazımı avadanlıqlarla təchiz olunub. Yeni boks ocağının ümumi sahəsi 2,5 hektardan çoxdur və inzibati bina iki mərtəbədən ibarətdir. Burada birinci mərtəbədə məşq zalı və iki rinq idmançıların ixtiyarına verilib. Mərkəzdə məşqçilərin toplantı otağı, 2 paltardəyişmə otağı, trenajorlar və minifutbol meydançası var.

Qeyd edək ki, ABF-in əsas fəaliyyət istiqamətlərindən biri regionlarda boksa olan marağı daha da artırmaq, kütləviliyini təmin etmək və maddi-texniki bazasını gücləndirməkdir. Cənub Regional Boks Mərkəzindən başqa, Bakı Boks Mərkəzi və Sumqayıt şəhər stadionunda Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam